Xəbər lenti


 
Ötən gün dünyada koronavirusa yoluxanların sayı 121 mini keçib. Ölənlərin sayı isə 5 minə yaxınlaşıb.
 
Ovqat.com-un Ümumdünya Səhiyyə Təşkilatına istinadən verdiyi məlumata görə, dünənki artımla indiyədək bu virusa yoluxanların ümumi sayı 6 milyon 562 min 695-ə, ölənlərin sayı isə 386 min 788-ə yüksəlib.
 
Dünən Braziliya həm yoluxma, həm də ölüm sayında yenə ABŞ-ı geridə buraxaraq, günün lideri olub. 
 
Braziliya
Yeni yoluxma faktı – 27 min 312,
Yeni ölümlər – 1269.
 
ABŞ
Yeni yoluxma halı – 20 min 578,
Yeni ölümlər – 1083.
 
İndiyədək ölüm və yoluxma hallarında isə ABŞ hər kəsdən xeyli irəlidədir
 
Ümumi yoluxma – 1 milyon 901 min 783,
Ümumi ölüm – 109 min 142.
 
Braziliyada isə indiyədək yoluxanların sayı 583 min 980, ölənlərin sayı 32 min 547-dir.
 
Ümumi yoluxma sayına görə, Rusiya 3-cü olsa da, ölüm hadisələrində bu üstünlük müşahidə olunmur. Dünən 8 min 536 nəfərin koronavirusa yoluxduğu ölkədə cəmi 178 nəfər dünyasını dəyişib. İndiyədək isə Rusiyada 432 min 277 nəfər koronavirusa yoluxub, onlardan  5 min 215 nəfəri pandemiyanın qurbanına çevrilib.
 
Son zamanlar Hindistanın koronavirusun yeni episentrinə çevrildiyi müşahidə olunur. Dünən Hindistanda yoluxma sayı 10 minə yaxınlaşıb. 259 nəfər isə dünyasını dəyişib. Ölkə ümumi yoluxma sayına görə hələ ki, yeddinci yerdədir – 216 min 824. Hindistanda indiyədək 6 min 88 nəfər koronavirusdan dünyasını dəyişib.
 
Dünən koronavirus göstəricilərində önə çıxan ilk onluq




 
Azərbaycanda da dünən rekord sayda yoluxma və ölüm faktı qeydə alınıb:
 
Virusa yoluxan - 6260
 
Yeni yoluxma faktı - 325
 
Sağalanlar - 3665
 
Bu günə olan ölüm - 5 
 
Ölüm hadisəsi - 76
 
Aktiv xəstə sayı - 2519
 
Test sayı - 315527




Ana səhifəyə qayıt        Baxış: 3 352          Tarix: 4-06-2020, 09:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma