Xəbər lenti
 

Ötən gün ərzində dünya üzrə koronavirusdan 7 min 235 nəfər ölüb, 85 min 589 nəfərdə yoluxma halı aşkarlanıb.
Ovqat.com-un Ümumdünya Səhiyyə Təşkilatına istinadən verdiyi məlumatına görə, dünənki artımlarla dünyada koronavirusdan ölənlərin sayı 95 min 736-ya, yoluxanların sayı isə 1 milyon 604 min 736-ya yüksəlib.
Ötən 24 saatdakı qeydə alınan bu faktlar bir əvvəlki günlə müqayisədə həm ölüm, həm də yoluxma hallarında artım olduğunu göstərir ki, bu da koronavirusun getdikcə səngidiyi ümidlərinə kölgə salır. Belə ki, bir əvvəlki gün koronavirusdan ölənlərin sayı 6 min 414 nəfər (821 nəfər az), yoluxanların sayı isə 84 min 384 (1 205 nəfər az) idi. 

Ən çox qurban verən 5 ölkə üzrə

ABŞ
Ölənlər (dünən)  - 1 900
Ölənlər (ümumi) – 16 691
Yoluxanlar (dünən) – 33 536
Yoluxanlar (ümumi) – 468 566
 
İtaliya 
Ölənlər (dünən)  - 610
Ölənlər (ümumi) – 18 279
Yoluxanlar (dünən) – 4 204
Yoluxanlar (ümumi) – 143 626        
 
İspaniya
Ölənlər (dünən)  - 655
Ölənlər (ümumi) – 15 447 
Yoluxanlar (dünən) – 5 002 
Yoluxanlar (ümumi) – 153 222
 
Fransa
Ölənlər (dünən)  - 1 341
Ölənlər (ümumi) – 12 210
Yoluxanlar (dünən) – 4 799 
Yoluxanlar (ümumi) – 117 749
 
İngiltərə
Ölənlər (dünən)  - 881
Ölənlər (ümumi) – 7 978
Yoluxanlar (dünən) – 4 344
Yoluxanlar (ümumi) – 65 077
 
Onu da qeyd edək ki, dünən təsbit edilən yeni xəstələrdən sonra Şimali Amerika qitəsində koronavirusa yoluxanların sayı yarım milyonu keçib.
Avropada isə bu say 780 minə yaxınlaşıb.


Ana səhifəyə qayıt        Baxış: 2 265          Tarix: 10-04-2020, 10:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma