
Xəbər lenti
Dünən, 20:00
Dünən, 17:20
Dünən, 16:30
Dünən, 15:00
Dünən, 13:55
Dünən, 13:00
Dünən, 11:30
3-08-2025, 19:40
3-08-2025, 18:53
3-08-2025, 17:57
3-08-2025, 15:26
3-08-2025, 14:31
3-08-2025, 12:42
3-08-2025, 12:04

Martın 5-də koronavirus pandemiyasının statistikasında qismi səngəmələr müşahidə olunsa da, dünən yenidən həm ölüm, həm yoluxma hallarında artımlar yaşanıb.
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, dünən bütün dünyada 5 min 229 nəfər COVİD-19 virusuna məğlub olub. Yeni yoluxma faktında da ciddi artıq yaşanıb – 73 min 142 nəfər. Bir əvvəlki gün isə bu göstərici xeyli az idi: Ölənlər 4 min 737, yoluxanlar – 71 min 408.
Dünya üzrə bu günə qədər ölənlərin sayı – 74 min 654, yoluxanların sayı isə 1milyon 336 min 006 nəfərə yüksəlib.
Dünən ölənlərin 1/5-dən çoxu ABŞ-ın payına düşüb – 1225 nəfər. ABŞ-da dünən koronavirusa yoluxma halı təsbit edilənlərin sayı isə 30 mini keçib – 30 331. ABŞ ötən gün ümumi ölüm sayına görə 10 mini keçib – 10 min 871. İndiyə qədər bu ölkədə 367 min 4 nəfər koronavirusa yolub.
Dünən koronavirusa ikinci ən böyük qurban verən ölkə Fransa olub. Fransada dünən 833 nəfər koronavirusdan dünyasını dəyişib. Virusa yoluxduğu təsbit edilənlərin sayı isə 5 min 171 nəfər olub. Fransada indiyədək 8 min 911 nəfər koronavirusdan ölüb. Bu xəstəliyə yoluxanların ümumi sayı isə 98,010-dur.
Koronavirusa indiyədək ən çox itki verən İtaliyada isə dünən 636 nəfər dünyasını dəyişib, yoluxanların sayı
3,599 nəfər olub. İtaliyada ümumi ölüm sayı dünən 16 min 523-ə, yoluxma halı isə 132 min 547-ə yüksəlib.
İspaniya dünən ABŞ və Fransadan sonra koronavirusa ən çox itki verən ölkəsidir. Ölkədə dünən 700 nəfər pandemiyanın qurbanı olub. Bununla da İspaniyada koronavirusdan ölənlərin sayı 13 min 341-ə yüksəlib. Dünən İspaniyada 5029 yeni xəstə müəyyənləşdirilib.
Dünənin koronavirus statistikası və bir əvvəlki günlə müqayisəsi:

Dünən

05.04.2020 tarixli cədvəl

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar