Xəbər lenti

 
General Həftər Liviyadan qaçıb.
 
Ovqat.com xəbər verir ki, Türkiyə Müdafiə naziri Xülusi Akarın bugünkü mətbuat açıqlamasından belə çıxır.
 
Akar açıqlamasında deyib: “Həftərin Liviyadan kənarda olduğuna dair məlumatlar almışıq. Ölkədən niyə kənarda olduğunun səbəbi və məqsədi aydın deyil”.
 
Qeyd edək ki, Fransa, BƏƏ, Misir, Rusiya tərəfindən dəstəklənən asi generalın qoşunları Liviyanın paytaxtı Tripoliyə qədər asanlıqla irəliləsə də, paytaxtda ağır sürprizlə qarşılaşmışdı. Türkiyənin Milli Konsensus Hökumətinə verdiyi silahlı dronları havalanaraq, generalın əsgərlərini pərən-pərən salmışdı. Qısa müddət ərzində 450 km irəliləyən Milli Konsensus Hökumətinə bağlı əsgərlər hərbi strateji əhəmiyyətli Sitrə şəhərində də qarşı tərəfə ağır zərbələr vurmuşdu. Az sonra general Həftərin səsi Misirdən gəlmişdi. Qahirədə mətbuat konfransı keçirən general atəşkəs üçün az qala yalvarmışdı. Milli Konsensus Hökuməti isə onun bu yalvarışlarını rədd etmişdi. 
 
İndisə Türkiyənin Müdafiə nazirinin dediyinə görə, Həftər hələ də Liviyaya qayıtmayıb.

Liviya siyasiləri də bu uğuru Türkiyə dronlarının qələbəsi kimi qiymətləndiriblər.

Türk dronları Həftər ordusunu belə məhv etdi


 


Ana səhifəyə qayıt        Baxış: 3 970          Tarix: 10-06-2020, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma