Xəbər lenti
Bu gün, 23:16
Bu gün, 21:43
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
Liviya ordusu Tripolidən 450 kilometr şərqdə yerləşən Sirtə şəhərini üsyankar general Həftər silahlılarından təmizləyib.
Ovqat.com xəbər verir ki, məlumatı Milli Konsensus Hökuməti yayıb.
Qeyd edək ki, BMT tərəfindən Liviyanın legitim hakimiyyəti kimi tanınan Milli Konsensus Hökuməti Türkiyə, Həftər ordusu isə Rusiya, BƏƏ və Misir tərəfindən silahlandırılır.
Yenilənib ( 21.42)
Sitrənin hərbi-strateji əhəmiyyəti
- Sirtə şəhəri Milli Konsensus Hökumətinin mərkəzi olan Tripoli ilə general Həftər hökumətinin mərkəzi Binqazinin arasında yerləşir. Bu ilin yanvar ayının əvvəllərində şəhərə hücum edən Həftər ordusu qısa zaman ərzində onu ələ keçirmişdi. Həftər ordusunun (Milli ordu) sözçüsü Əhməd əl-Mismari bu asan qələbəni xüsusi sevinclə dünyaya bəyan etmiş və şəhəri 3 saatdan az zaman ərzində ələ keçirdiklərini bildirmişdi. Dolayısıyla Sitrə şəhəri vətəndaş müharibəsinə səhnə olan Liviyada tərəflər arasında psixoloji baryer rolunu oynayır.
- Sitrənin işğalından sonra Milli Konsensus Hökuməti Türkiyəni yardıma çağırmış və prezident Rəcəb Tayib Ərdoğan bu yardım tələbini qəbul etmişdi. Məhz bu bəyandan sonra Rusiya dövriyyəyə girmiş, Ankara ilə Moksvanın tərəflər arasında vasitəçiliyi yenə Həftərin oyun pozanlığı ilə baş tutmamışdı. Bu mənada Türkiyənin hərbi dəstək verdiyi tərəfin Sitrəni qısa müddət ərzində işğaldan xilas etməsi rəsmi Ankaranın da beynəlxalq arenada Rusiya, Misir kimi ciddi hərbi qüdrətlər önündə həm mövqe, həm də psixoloji savaşı qazanması anlamına gəlir.
- Nəzərə alsaq ki, bundan bir neçə gün əvvəl Tripoli yaxınlığında döyüşlərdə Milli Konsensus Hökumətinin rus gizli ordusu Wagner əsgərlərinin də yer aldığı rəqibləri qarşısında əzici qələbə qazanmışdır və bunun uğurun əsas səbəbi Türkiyənin silahlı dronlarının məharəti ilə bağlı olduğu Liviya rəsmiləri tərəfindən də etiraf olunmuşdu, Ankaranın əldə etdiyi hərbi nailiyyət tam çılpaqlığı ilə gözlər önünə sərilir.
- Sitrə həm də 2011-ci ildə devrilmiş Müəmmər Qəddafinin anadan olduğu əyalətin mərkəzidir. Şəhər bu mənada da simvolik məna kəsb edir, Qəddafi sonrası Liviyaya sahibliyinin kimliyinin müəyyənləşdirilməsində açar rolunu oynayır.
- Aralıq dənizinin sahillərində yerləşən Sitrəyə hakim olmaq həm də dünyanın ən strateji su yolunu nəzarət altına almaq deməkdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar