Xəbər lenti

 
Rusiya Liviyanın şərqində hökumət qurduğunu elan edən general Xəlifə Həftərə dəstək vermək üçün yüzlərlə suriyalı muzdlunu “işə götürüb” və "işə qəbul" lar may ayında vüsət qazanıb.


 
Ovqat.com Reuters agentliyinə istinadən xəbər verir ki, həmin muzdlu döyüşçülər Rusiyanın gizli ordusu sayılan “Wagner" qrupuna cəlb olunublar.


 
Rusiyanın qeyri-rəsmi özəl təhlükəsizlik şirkəti “Wagner"-ə qoşulan ilk Suriya döyüşçüləri dəstəsi 2019-cu ildə Liviyaya göndərilib. İndiyədək 1200-dən çox suriyalının “Wagner" sıralarında Liviyaya göndərildiyi bildirilir.
 
Moskva isə Liviyada rus əsgərinin olmaması bildirməklə bu iddialarla razılaşmır. Bununla belə, olma ehtimalı da tam istisna etmir.


 
"Liviyada bir Rusiya hərbçisi varsa, o, dövləti təmsil etmir və maaşları Rusiya tərəfindən ödənilmir", - bunu Prezident Vladimir Putin yanvar ayında jurnalistlərə açıqlamasında deyib.
 
Yerli mənbələr isə, Suriyada müharibə səngiyən kimi, Rusiyanın bu ölkədəki könüllü döyüşləri səfərbər edərək Liviyaya göndərdiyini bildirirlər. Onların dediyinə görə, Liviyada savaşan hər döyüşçüyə 1000-2000 dollar arasında maaş verilir. Muzdlular arasında bir zamanlar Türkiyənin apardığı hərbi əməliyyatlara qatılan Azad Suriya Ordusu mənsubları da var.


 
Maraqlıdır ki, Rusiyanın Həftər ordusunu suriyalı muzdlularla dəstəkləmə siyasəti istənilən effekti verməyib. Bir neçə gün əvvəl Tripoli həndəvərinə qədər gələn Həftər əsgərləri gözləmədikləri sürprizlə qarşılaşıb pərən-pərən düşüblər. Türkiyənin Milli Konsensus Hökumətinə verdiyi hərbi dəstək nəticəsində qısa müddətdə 450 km irəliləyən Liviya ordusu iyunun 6-da ölkənin ən strateji bölgəsi sayılan Sitrə ətrafını üsyançılardan təmizləyiblər. Olduqca mühüm strateji əhəmiyyətə sahib olan Sitrə əyalətinin mərkəzinin də 2 gün öncə azad edildiyi bildirilsə də, verilən məlumatlardan belə anlaşılır ki, şəhər tam nəzarət altına alınmayıb.


 
Sitrə ətrafındakı uğursuzluq səbəbindən Misirə pənah aparan Həftər və onun Təmsilçilər Məclisinin sədri Akile Saleh iyunun 6-da Qahirədə keçirdikləri mətbuat konfransında atəşkəs təklifi ilə çıxış etsə də, bu təklif Milli Konsensus Hökuməti tərəfindən geri çevrilib. Halbuki bir neçə ay əvvəl Moskva sammitində  atəşkəs təklifini rədd edən edən Xəlifə Həftər idi.


 
Həftərin sözçüsü Mismari dünən mətbuata verdiyi açıqlamasına bəzi dövlətlərin onları xəyal qırıqlığına uğratdığını etiraf etmişdi.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 4 791          Tarix: 8-06-2020, 09:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma