
Xəbər lenti
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55
22-02-2025, 22:44
22-02-2025, 21:18
22-02-2025, 20:58
22-02-2025, 19:37
22-02-2025, 18:46
22-02-2025, 18:19
22-02-2025, 17:18
22-02-2025, 15:27
22-02-2025, 14:36

“BMT Təhlükəsizlik Şurasının (BMT) İrana tətbiq etdiyi silah tədarükünə dair beynəlxalq embarqo oktyabr ayında sona çatacaq ki, bu, rəsmi Tehranın P5+1 ölkələriylə bağladığı nüvə sazişinin qələbəsidir”.
Ovqat.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
Prezident Nazirlər Kabinetinin Tehrandakı iclasından sonra mətbuata verdiyi açıqlamasında BMT və Beynəlxalq Atom Enerjisi Agentliyinə üzv ölkələri ABŞ-ın İran siyasətinə qarşı çıxmağa çağırıb.
“Bütün ölkələrə uydurma ittihamları dərk etməyi və ABŞ planını başa düşməyi arzulayıram. Digər böyük dövlətlər ABŞ-ın bu qələbəni şübhə altına alması halında qarşılıqlı reaksiyamızın necə olacağını bilirlər”,-Ruhani belə deyib.
ABŞ -ın həmçinin Beynəlxalq Valyuta Fondunun (BVF) İrana 5 milyard dollar kredit verməsinin qarşısını almağa çalışdığını deyən Ruhani ümid edir ki, bu qurum təzyiqlərə boyun əyməyəcək və bütün ölkələr üzrə öhdəliklərini yerinə yetirəcəkdir.
Qeyd edək ki, İran bu krediti koronavirusla effektli mübarizə aparmaq məqsədilə istəyir.
İranın qarşısında 3 böyük problemin dayandığını etiraf edən Prezident həmin məsələləri bu cür sıralayıb: Koronavirus, işsizlik və beynəlxalq zorakılıq.
"Biz hazırda koronavirus, işsizlik və beynəlxalq zorakılıqla mübarizə aparırıq",-Ruhaninin fikrincə, son vaxtda dünyada koronavirus epidemiyasına yoluxanların və ölənlərin sayı artır və bir çoxları bunu ikinci dalğa adlandırır: “İranda isə koronavirusun ikinci dalğası yoxdur. Baş verənlər ilk dalğanın davamıdır”.
Epidemiyanın hələ də davam etdiyini deyən Ruhani ictimaiyyətdən bu məsələ ilə bağlı hakimiyyət orqanları ilə əməkdaşlıq etməsini xahiş edib.
Prezident çıxışında bütün neqativ hallara baxmayaraq, İranın ağır imtahanlara çəkildiyi bu günlərdə qeyri-neft sektorunu inkişaf etdirə bildirdiyini qeyib. Onun sözlərinə görə, iqtisadiyyatda bu ilin daha pis olacağı gözlənilirdi, “lakin görülən tədbirlər və həyata keçirilən layihələr sayəsində vəziyyət gözləniləndən daha yaxşı səviyyəyə yüksələ bilib”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər