Xəbər lenti


İran Prezidenti Həsən Ruhani Tehranda keçirilən Nazirlər Şurasının iclasında koronavirusa qarşı mübarizənin ikinci mərhələsinə başladıqlarını açıqlayıb.
“Anadolu” agentliyi xəbər verir ki, İran prezidenti bu mərhələnin əvvəlkindən daha çətin olacağını bildirib.
O, aprelin 11-də ölkədə bəzi müəssisələrin fəaliyyətini bərpa edəcəyini qeyd edib:
“Bəzi vətəndaşlar istehsalı davam etdirmək üçün evdən çıxmalıdırlar. Əvvəlki mübarizə evdə qalaraq virusdan qorunmaq üçün idi. Bu gündən etibarən mübarizə iqtisadi fəaliyyəti davam etdirmək üçün aparılacaq”.
Koronavirusa qarşı mübarizə aparmaq üçün çörəyin, işığın və qazın lazım olduğunu vurğulayan Ruhani deyib ki, bütün ehtiyacları nəzərdən keçirməliyik:
“Amma prioritetlər var. Bəzən biri digəri üçün qurban verilə bilər, ancaq əlimizdən gələni edəcəyik”.
Ruhani Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət edərək, ayrı-seçkilik etmədən ABŞ-ın qarşısını almağa çalışdığı beş milyard dollarlıq krediti İrana verməsini istəyib:
“Bütün beynəlxalq birlik bu müddətdə öz vəzifəsini yerinə yetirməlidir. Biz BVF və Dünya Bankının üzvüyük. Bu fondlara öhdəmizə düşən payı veririk. İran və digər ölkələr arasında ayrı-seçkilik olarsa, bu, qəbul edəcəyimiz bir vəziyyət deyil.
Son 50 ildə bu fonddan kredit istəməmişik və bunun müqabilində vəzifəmizi yerinə yetirmişik. Bu çətin şəraitdə vəzifələrinə uyğun hərəkət etməsələr, dünyada mənfi imic formalaşdıracaqlar”.
oxu.az



Ana səhifəyə qayıt        Baxış: 1 947          Tarix: 8-04-2020, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma