Xəbər lenti


İtalyan professordan nikbin təsbitlər: “Koronavirus ölümcülsüzləşir”
 
“Koronavirus əvvəlki gücünü itirib və ölümcülsüzləşib”.
 
Ovqat.com xəbər verir ki, bu sözləri İtaliyanın ünlü infeksionist professoru Matteo Bassetti mətbuata verdiyi açıqlamada bildirib.
 
Professorun fikrincə, dünyada koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada 80-90 yaşlarındakı  koronavirus xəstələri də artıq sağala bilirlər. Halbuki, bir ay əvvəl onlara son anlarını sayan ölü kimi baxılırdı.
 
İnfeksionist koronavirusun gücsüzləşməsinin səbəbini mutasiyaya məruz qalması ilə əsaslandırıb. Professorun fikrincə, virusların tacına qarşı həyata keçirilən bir sıra önləyici tədbirlər – gigenik önləmlər, maska taxmaq, sosial məsafəni qorumaq və s. kimi addımlar onun öz təsir gücünü itirməsi və mutasiya keçirərək əhliləşməsilə nəticələnib. 
 
“İlk ortaya çıxanda aslan kimi vəhşi olan koronavirus artıq çöl pişiyinə çevrilib”,- Matteo Bassetti  belə deyib.
 
Bassettinin təxminlərinə görə, koronavirus pandemiyası zəifləmə prosesini belə davam edərsə, peyvəndə belə, ehtiyac duymadan yaxın günlərdə yox olub gedəcək.


Ana səhifəyə qayıt        Baxış: 5 066          Tarix: 23-06-2020, 18:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma