Xəbər lenti

 
“Azərbaycanda virus epidemiyası mümkün olan bütün sərhədləri aşdı. Sosial məsafə çöldən evinizə qədər girdi. Evdən gündə bircə dəfə də olsa, çölə çıxan biri varsa, risk yenə də yuxarıdır”.
 
Ovqat.com xəbər verir ki, bu sözləri tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl sosial şəbəkə hesabında yazıb. Bildirib ki, artıq sadəcə çöldəkilərlə deyil, eyni zamanda ev əhalisi ilə də sosial məsafə saxlamaq lazımdır:
 
“Uşaqları öpərək qarşılamağa bir müddət (ən az 2 ay) ara verəcəksiniz.
 
Yaşlılarla öpüşərək görüşməyə bir müddət (ən az 2 ay) ara verəcəksiniz.
 
Sevişmək qadağandır.
 
Çöldə isə özünüzü kosmonavt kimi aparacaqsınız. Bunu necə edəcəyinizi bilmirəm, artıq orasını da özünüz düşünün”.


Ana səhifəyə qayıt        Baxış: 3 728          Tarix: 2-07-2020, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma