Xəbər lenti

 

COVID-19 bədənimizə necə təsir edir?

Viruslar adətən təmas və hava yolu vasitəsilə yayılır.Virusun əşyaların üzərində yaşaya bilmə müddəti əşyanın materialından asılı olaraq dəyişir.Virus olan səthə toxunduqdan sonra əlimizi üzümüzə apardıqda virus ağız,göz və ya burun vasitəsilə bədənimizə daxil olur.Ən böyük təsiri isə ağciyərlər və dalağa göstərir.Virusun ağciyərdə yayılması tez baş verir.Sonra isə immunitet sistemi virusun daha çox hüceyrəyə keçməsinə mane olur.Sağalma prosesi başlayır.Digər halda isə ağciyərdə olan viruslar immunitet sistemini zəiflədirərək nəfəs almağınızı çətinləşdirər.Tənəffüs sisteminiz tamamilə pozulur.Ən son halda isə virus qana keçərək xəstənin ölməsinə səbəb ola bilir.

COVİD-19 ilə necə mübarizə aparılır?

Bu virusa yoluxmuş insan asanlıqla digər insanları da bu virusa yoluxdura bilər.Virusla mübarizə apararkən səyahətlər qadağan edilir.Bir çox tədbirlər ləğv olunaraq insanların sıx toplanmasına icazə verilmir.Bu addımların əsas məqsədi sosial məsafənin qorunmasıdır.Sosial məsafə qorunduqda yoluxma riski azalır.Digər tövsiyyələr  isə əllərimizi tez tez yumaq və istifadə etdiyimiz əşyaları dezinfeksiya etməkdir.

Mənbə;BBC NEWS     Tərcümə;Məhəmmədəli Abaszadə




Ana səhifəyə qayıt        Baxış: 1 580          Tarix: 29-03-2020, 06:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma