Xəbər lenti
 
Koronavirus 8 il əvvəl Çində yarasalar və siçovullar tərəfindən “istila edilən” mis mədənində ortaya çıxıb. 
 
Ovqat.com xəbər verir ki, bu iddianı Böyük Britaniyanın "Sunday Times" qəzeti irəli sürüb.
 


Qəzetin yazdığına görə, alimlər koronavirusu çoxdan tapıblar, alınan nəticələr Uhandakı laboratoriyaya göndərilib. Alimlər son məlumatları təqdim etməməkdə ittiham olunurlar. O da vurğulanıb ki, Çin hakimiyyəti bununla bağlı ÜST-ə heç bir məlumat verməyib.

 

Covid-19-a ilk yoluxanların  sözügedən mis mədənində çalışan işçilər olduğu iddia edilir. Məlumata görə, 2012-ci ildə 6 mədənçidə yüksək temperatur, öskürək və sətəlcəm əlamətləri aşkarlanıb və onlar xəstəxanaya yatırılıblar. Eyni şaxtada yoluxduqları güman olunan işçilərdən ikisi dünyasını dəyişib. Onların dördündə koronavirus antikorları aşkar edilib. Həlak olanlar isə test edilməyib.
 


Qəzet bildirib ki, 2012-ci ildə ortaya çıxan bu virus daha sonra mutasiya edərək bütün dünyaya yayılan epidemiyaya çevrilib.
 
Tədqiqat nəticəsində aydın olub ki, yaşı 30-dan 63-a qədər olan 6 işçi yarasa nəcislərini təmizləmək üçün mədənə göndərilib, onların hamısı yoluxaraq reanimasiyada müalicə alıb. Hamısında nəfəs darlığı, yüksək temperatur, bədən ağrıları və öskürək kimi simptomlar aşkarlanıb.
 
Hazırda tərk edilmiş vəziyyətdə olan və yarasa yuvasına çevrilən mədəndən yeni nümunələr alınıb və analizə göndərilib.
 
 
İngilis tədqiqatçıları tərəfindən aparılan araşdırmada 2013-cü ildə qeydə alınan RaBtCoV / 4991 adlı bir virusun genetik olaraq atipik sətəlcəm-Cov-2-ə bənzədiyi ortaya çıxarılıb və indiki Covid-19-un da həmin virusdan törədiyi güman olunur.
 
Tibb elmləri doktoru, heyvan xəstəlikləri üzrə mütəxəssis Peter Daszak da bu məlumatı təsdiqləyib. O,"Sunday Times”-a açıqlamasında deyib ki, epidemiya Uhandakı bazarda ortaya çıxmayıb: “Çinin Mojiang şəhəri yaxınlığındakı  mədən ətrafında 7 ildir ki, bu virus mövcud idi. 7 ildən sonra tədricən yayıla-yayıla 11 milyon əhalisi olan Uhana gəlib çatdı və mutasiyaya məruz qalaraq pandemiyaya çevrildi”.
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 600          Tarix: 6-07-2020, 18:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma