Xəbər lenti

 
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2021-ci ilin ortalarına qədər yeni növ koronavirus (Covid-19) peyvəndinin tapılmayacağını nəzərə alaraq epidemiyaya qarşı mübarizə tədbirlərinə hazırlaşdığı ortaya çıxıb.
 
Ovqat.com xəbər verir ki, Pentaqondan ABŞ mediasına sızdırılan sənəddən belə çıxır.
 
ABŞ Müdafiə Naziri Mark Esperin adına hazırlanmış, amma hələ dərkənar qoyularaq təsdiqlənməmiş sənəddə deyilir: "Qarşımızda Covid-19-un təkrarlanacağı ehtimalının xeyli ciddi olduğu uzun bir zaman var. Bu səbəbdən bütün fəaliyyətlərimizi artırmalı, hazırlıqlarımızı tamamlamalı və ordunu kritik tapşırıqları yerinə yetirməyə istiqamətləndirməliyik”.
 
Sənəddə hərbi təlimlərin, məşqlərin və əməliyyatların qlobal epidemiya şəraitinə uyğun şəkildə başlaya biləcəyi bildirilir, hazırlıqların isə peyvəndin 2021-ci ilin yayına qədər olmayacağını hesaba qatılaraq aparılması nəzərdə tutulur.
 
Pentaqon isə yayılan sənədlə bağlı hər hansı izahat verməyib.


Ana səhifəyə qayıt        Baxış: 2 896          Tarix: 21-05-2020, 10:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma