Xəbər lenti

 
ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiya təbii qazının Türkiyə vasitəsilə Avropaya nəql edən Türk axını layihəsi ilə bağlı təhlükəli bəyanatla çıxış edib.
 
Ovqat.com-un məlumatına görə, Pompeo deyib ki, "Türk axını” və "Şimali axını-2" layihələrində iştirak edən ölkələr ya bu layihədən dərhal çıxmalı və ya onun meydana çıxacağı risklərə qatlanmalıdırlar.
 
Avropa ölkələrinin Rusiyanın xeyrinə olan “bu pis layihələrdə iştirak etdiklərini” vurğulayan Pompeo müttəfiqlərini layihələrdən mümkün qədər tez çıxmağa çağırıb.
 
Qeyd edək ki, saytımızın redaktoru Heydər Oğuz da bu gün “Hürriyyət” qəzetinə verdiyi müsahibəsində Tovuzda baş verən təxribatı ABŞ-ın “Türk axımı” layihəsini dayandırmaq təşəbbüsünə qarşı olduğunu vurğulamışdı. ABŞ vitse-prezidentinin bu çağırışının məhz belə bir zamanda gəlməsi və təcili xarakter daşıması bu versiyanı gücləndirir. Belə görünür ki, dünya hegemonluğu uğrunda mübarizəyə başlayan böyük dövlətlərin növbəti poliqonu Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycandır.


Ana səhifəyə qayıt        Baxış: 3 794          Tarix: 15-07-2020, 20:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma