Xəbər lenti

 
“Ərdoğan Türkiyəni regional dövlətə çevrmək üçün Qərbə meydan oxuyur"
 
Ovqat.com xəbər verir ki, Amerika mərkəzli “Bloomberg” xəbər agentliyi bu iddiadadır.
 
Agentliyinin Ayasofiya məscidinin ibadətə açılmasından bəhs edən məqaləsində bildirilir ki, Türkiyə Prezidentinin bu addımı dünya arenasında müsəlman gücünün rolunu bərpa etmək məqsədi güdür: “Ayasofyanın ibadətə açılması isə bu missiyasının tac simvolu olacaq".
 
 
 Məqalədə qeyd olunub ki, Ərdoğan ölkəsini beynəlxalq nüfuza malik regional qüdrətə artıq çevirə bilib və Liviyada yaşanan son hadisələr də bunu təsdiqləyir. 
 
"Liviyaya Türk müdaxiləsi ilə BMT-nin dəstəklədiyi Milli Konsensus hökuməti özünü xilas edə bildi. Türkiyənin Avropaya miqrant axınına qarşı buffer ölkə kimi oynadığı rol Şərqi Aralıq dənizi regionunda qaz araşdırmaları sahəsində ticari sanksiyalarının tətbiqinə çox riskli təsirlər göstərib. Məsələ ondadır ki, söhbət Türkiyədən gedəndə Avropa İttifaqı onun qarşıda dişsiz aslana çevrilir. Ərdoğan da bunu çoxdan anlayıb”, -məqalədə belə deyilir.
 


Ana səhifəyə qayıt        Baxış: 3 496          Tarix: 18-07-2020, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma