Yaxın gələcəkdə Ukrayna kəşfiyyatı qarşısında Rusiya ilə bağlı mümkün qədər daha çox məlumatın toplanması dayanır.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov yeni pilotsuz təyyarənin təqdimatında deyib.
Onun sözlərinə görə, bura Rusiyanın hətta ən uzaq regionları, həmçinin Kamçatka daxildir.
Ukraynanın yeni pilotsuz təyyarəsi 5 min metr hündürlükdən uça bilər. Kəşfiyyat vasitəsinin uçuş məsafəsi isə 1000 kilometrdən çoxdur.
“O kəşfiyyat və zərbə funksiyaları da daxil olmaqla müxtəlif məsələləri yerinə yetirə bilər”, - Turçinov bildirib.
Onun sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası “Antonov” müəssisəsi qarşısında strateji səviyyəli pilotsuz uçuş aparatının hazırlanması məsələsini qoyub.
“Biz Kamçatkada və təcavüzkar ölkənin başqa regionlarında nələrin baş verdiyini bilməliyik”, - Turçinov vurğulayıb.
Paylaş: