Xəbər lenti

 
İran İslam İnqilabı Keşikçiləri Korpusu “Xürrəmşəhr-2” ballistik raket sınağının görüntülərini paylaşıb.
 
Ovqat.com-un məlumatına görə, korpusunun Hava və Kosmik Qüvvələri tərəfindən yayımlanan yeni video ilə Xürrəmşəhr-2 ballistik raketinin uğurla sınaqdan keçirildiyi bildirilir. 
 
 
 
İran mənbələri “Xürrəmşəhr” ballistik raketi üzərində hazırlanan “Xürrəmşəhr-2”-nin ordunun dəqiq zərbə qabiliyyətini artırdığını bildirirlər.
 
R-27 sualtı qayığından atılan və Hwasong-10 ballistik raket texnologiyasından istifadə edilərək təkmilləşdirilən “Xürrəmşəhr-2”-nin 2000 km mənzilə sahib olduğu iddia edilir. Üç fərqli döyüş başlığını daşıya biləcəyi bildirilən ballistik raketin 2 tonluq yükdaşıma qabiliyyətinə malik olduğu iddia edilir.
 

 
İran əvvəllər hazırladığı yeni döyüş başlıqlarını “Emad” raketlərinə, “Qədr” və “Qiyam” ballistik raketlərinə birləşdirmişdi. “Xürrəmşəhr-2” ballistik raketinə isə yeni döyüş başlığının birləşdirildiyi bildirilir.
 
Qeyd edək ki, yeni ballistik raketin mənzilinin 2000 km olması kritik hədd hesab olunur. İran bu silahla nəinki özündən 1500 km hava məsafəsi uzaqda yerləşən İsraili, hətta bir çox Avropa ölkələrini də vura bilər. Bu da İranın çəkindiricilik gücünü artırır.


Ana səhifəyə qayıt        Baxış: 3 340          Tarix: 17-08-2020, 12:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma