Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
“Azərbaycan-Türkiyə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib”.
“Report” xəbər verir ki, bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, regional geosiyasi proseslərin inkişafı sahəsində birgə addımlar atılır: “Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını və hüquqlarını qoruyur”.
Nazir müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri müasir tariximizdə indiki kimi yüksək səviyyədə olmayıb. Onun sözlərinə görə, iki ölkənin həmrəyliyi və müttəfiqliyi əbədi və dönməz xarakter alıb: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləyir”.
Xələf Xələfov deyib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri çox böyük əhəmiyyət kəsb etməkdədir. Onun sözlərinə görə, ikitərəfli əlaqələrin davamlı, sabit və uzunmüddətli olmasında iki ölkənin prezidentlərinin müstəsna rolu var: “Türkiyənin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü müdafiə etməsini yüksək qiymətləndiririk. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsi rəsmi Bakının xarici siyasətinin əsas istiqamətini təşkil edir”.
X.Xələfov vurğulayıb ki, Azərbaycan Türkiyə əlaqələri hərbi sahədə də ən yüksək səviyyədədir.
Onun sözlərinə görə, hər iki ölkə arasındakı sazişə uyğun olaraq, hər iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir: “Bu da hər iki ölkənin Silhalı Qüvvələrinin inkişafına öz töhfəsini verir”.
Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə uğurla davam edir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini bildirib ki, Türkiyə və Azərbaycan qardaşlığı türk dünyasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edir.
X.Xələfov qeyd edib ki, iki qardaş ölkənin əməkdaşlığı regionun sabitliyinə və təhlükəsizliyinə öz töhfəsini verir: “Birgə həyata keçirdiyimiz Bakı-Tiblisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yol xətti, Trans Anadolu layihəsi xalqlarımızın rifah halının yaxşılaşdırılması ilə yanaşı, regional və qlobal inkişaf proseslərinə də öz töhfəsini verir. Transmilli layihələrin uğurla həyata keçirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır”.
Nazir müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri heç zaman indiki kimi yüksək olmayıb. İki qardaş ölkə arasında hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir: “Bunun üçün lazımi hüquqi baza mövcuddur. Son birgə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordusunun hazırlığına mühüm töhfələr verdi. Ölkələrimiz, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir”.
X.Xələfov əlavə edib ki, 2019 ildə iki ölkə arasında ticarət dövriyəsi 33 faiz artıb, COVİD-19-a baxmayaraq, bu il ərzində də ticarət dövriyyəsi artıb.
***
Azərbaycan və Türkiyə arasında güclü qardaşlıq bağları davam edir.
Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici işlər nazirinin müavini Yavuz Selim Kıran deyib.
Nazir müavini bildirib ki, Azərbaycn və Türkiyə terrorun bütün formalarına qarşı birgə mübarizə aparır: “FETÖ ilə mübarizədə dəstəyinə görə Azərbaycana təşəkkür edirik. COVİD-19-la mübarizədə də birgəyik və hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan və Türkiyənin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır".
Yavuz Selim Kıran əlavə edib ki, Prezident İlham Əliyevin Yunanıstan səfirini qəbul edərkən Türkiyənin mövqeyini dəstəkləməsi Azərbaycan və Türkiyə arasında qardaşlığın ən yüksək nümunəsidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar