Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Son illər ərzində Azərbaycan və İran arasında müxtəlif sahələrdə münasibətlərin inkişafında qarşılıqlı anlaşma dayanır.
Bunu Trend-ə açıqlamasında iranlı politoloq Təvəkkül Lotfi deyib.
Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və İran münasibətləri artan templə inkişaf edir. Çünki bu iki ölkənin dərin tarixi, mədəni, coğrafi, iqtisadi və sairə ortaq cəhətləri var. Buna görə də Azərbaycan və İran arasındakı mövcud əlaqələrin daha güclü şəkildə inkişaf edəcəyinə ümid etmək olar.
İranlı politoloq deyib ki, qarşılıqlı anlaşma iki ölkənin bir-biri üçün siyasi və iqtisadi əhəmiyyətini əks etdirir: "ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra, İran iqtisadi mövqeyini qonşu ölkələrə tərəf yönəldib. Belə ki, öz dostluğunu sübuta yetirən dövlətlərlə münasibətləri daha da gücləndirmək İranın xarici siyasətinin prioritetinə çevrilib".
T.Lotfi deyib ki, iki ölkənin münasibətləri inkişaf etdiyi halda, İran və Azərbaycanın hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıqları yüksək səviyyəyə çata bilər: "İran Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edir.
Bütün bunlarla yanaşı, müxtəlif sahələrdə Azərbaycan, İran və Türkiyə əməkdaşlığa önəm verməli və əlaqələri daha da genişləndirməlidir".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar