Xəbər lenti

 

Rusiya havadarından umduğu dəstəyi ala bilməyən erməni hərbçiləri bütün ümidlərini boş təsəlliyə bağlayıblar. Gələcəyini təsəvvür edə bilməyən bütün millətlər uydurduqları “qəhrəman keçmişlərinə” sarıldıqları kimi, ermənilər də 1991-1994-cü illərdəki rus hərbçilərinin himayəsilə əliboş Azərbaycan xalqının torpaqlarını ələ keçirmələrinə qəhrəmanlıq salnamələri kimi baxır və 30 illik nağılların “biri vardı, biri yox” şirinliyindən uzaqlaşa bilmirlər . 
 
Ermənistan Müdafiə Nazirliyinin yetkilisi Artsrun Ovannisyanın bu gün Facebook səhifəsində paylaşdığı fikirlər də bu boş təsəllidən doğan sərsəmləmə kimi görünür.
 
O yazır:
 
"1991-1994-cü illərdə, təxminən, 1000 gün davam edən Birinci Qarabağ müharibəsində Ermənistan tərəfi o qədər ağır vəziyyətlərə düşdü ki, bəzən ümidsizliyə qapıldıq.
 
Ancaq biz bu mərhələdən yenə də uğurla çıxa bildik və 1994-cü ilin may ayında atəşkəsə nail olduq. Bu da erməni diplomatiyasına danışıqlar prosesində möhkəm mövqe qazandırdı”.
 
Artsrun Ovannisyan unudur ki, Ermənistan qarşısında artıq əliyalın Azərbaycan xalqı yox, onun hər fədakarlığı göz önünə alan qəhrəman əsgərləri dayanır. Bu gün belə, qoltuğuna sığındıqları Rusiya onların arxasında dayansa da və ermənilər bunu böyük diplomatiya hesab etsələr də, Azərbaycan öz qanuni torpaqlarını heç kimə buraxan deyil, ya diplomatiya masasından, ya da hərb sahəsindən öz haqqını almayana qədər kənara çəkilməyəcək.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 698          Tarix: 12-10-2020, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma