Xəbər lenti

 
 
Qarabağda nəfəsi kəsilən Düşmən Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsini raket atəşinə tutub.
 
Ovqat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bundan əvvəl isə Ermənistanın Gorus rayonundan müxtəlif yaşayış məntəqələrimizin atəşə tutulduğu bildirilmişdi. Azərbaycanın dəfələrlə adekvat addım atılacağı xəbərdarlığına baxmayaraq, Ermənistan öz ərazisindən bölgələrimizə atəş açmağı dayandırmaq istəmirlər. Görünür, onların məqsədi Dağlıq Qarabağda gedən lokal müharibəni dövlətlərarası səviyyəyə yüksəltməkdir. Yəqin, bununla da KTMT ölkələrini, əsasən də Rusiyanı prosesə qoşacağına bel bağlayan İrəvan yenə kiminsə hiyaməsi altına girməklə vəziyyətdən çıxmaq istəyir.


 
Azərbaycanı bu tələyə çəkə bilməyən İrəvan növbəti yalan uydurub. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyanın iddiasına görə, Azərbaycan ordusu bu dəqiqələrdə “Smerts”lə Hadrut şəhərini vurmağa başlayıb.
 
 
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 385          Tarix: 2-10-2020, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma