Xəbər lenti

 
 
Paşinyanın bir çoxları tərəfindən kapitulyasiya aktı kimi qiymətləndirdiyi Üçtərəfli Bəyanatı imzalamasından bir aydan artıq zaman keçir. Bu müddət ərzində erməni siyasiləri, demək olar ki, hər gün etiraz aksiyaları keçiriblər. Amma bu günə qədər etiraz aksiyalarına toplanan insanların sayı bir neçə mini keçməyib. Bu gün isə etirazçıların sayı ilk dəfə erməni müxalifətini sevindirib. 
 
Ovqat.com xəbər verir ki, aksiyaların təşkilatçılarından olan Mikayel Bədəlyanın bu gün İrəvanda keçirilən mitinq barədə fikirlərindən belə anlaşılır. 
 
Bədəlyan özünün Telegram səhifəsində yazır ki, yürüşün əvvəlində meydana təxminən 10-12 min adam toplanıb və yol boyu irəlilədikcə iştirakçıların sayı da artıb. 
 
Yürüşün sonunda müxtəlif mənbələrə görə, meydanda təxminən 40-50 min nəfər var idi”,-Bədəlyan belə yazıb
 
Aktivistin fikrincə, əvvəlkilərdən fərqli olaraq, bu dəfə kənar müşahidəçilərin reaksiyası da qənaətbəxş olub: “İlk dəfə Nikol Paşinyana qarşı keçirilən mitinqlər zamanı həqiqətən bütün xalqın onun istefasını istədiyini hiss etdim. Bundan əvvəl Nikol tərəfdarları balkonlara çıxıb “Nikol Varçapet” (Baş nazir) deyə qışqıraraq bizə palçıq atardılar. Bu gün onlardan yalnız bir neçəsi var idi, əksəriyyət isə yürüşü dəstəkləyir və pəncərələrdən "Nikol-Dovaçan" (xain) deyə, çığırırdılar”.
 
Önümüzdəki günlərin həlledici olacağını bildirən Bədəlyan etirazçıların sayının qasırğa sürətində artacağına ümid edir: “Bəlkə də həftənin sonunda müşahidələrimə görə bu gün son dərəcə düzgün davranan hüquq-mühafizə orqanları bizə qoşulacaq.
 
İnanıram ki, müvəffəqiyyətə çox yaxındayıq və ölkəmiz tezliklə Nikol Paşinyanın xain rejimindən qurtulacaq və bütün bunları qan tökmədən keçəcəkdir”.
 
 



Ana səhifəyə qayıt        Baxış: 3 505          Tarix: 15-12-2020, 22:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma