Xəbər lenti

 
 
Azərbaycan birtərəfli qaydada heç bir dəhliz əldə edə bilməyəcək”. 
 
Ovqat.com xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibəsində deyib.
 
Paşinyan qeyd edib ki, bölgədəki bütün yollar blokdan çıxarılmalı və heç kim birtərəfli üstünlük əldə etməməlidir.
 
Azərbaycan Meqri ərazisindən bir dəhliz alırsa, Ermənistan da Naxçıvan ərazisindən vətəndaşlar və mallar üçün səyahət hüququ almalıdır. 
 
 
Paşinyanın fikrincə, Azərbaycanın bu cür hüquqları birtərəfli qaydada alacağını söyləmək olmaz və Qarabağla bağlı üçtərəfli bəyanatda buna bənzər heç bir şey qeyd edilməyib. Baş nazir bəyanatda bölgədəki bütün kommunikasiyaların blokdan çıxarılmasından bəhs olunduğunu xatırladıb, tərəflərdən heç birinə bu məsələdə üstünlük verilmədiyini deyib.
 
"Digər tərəfdən, əgər Naxçıvan üzərindən dəmir yolu ilə Rusiya və İrana mal daşıya biləcəyimiz ortaya çıxarsa, bunun əvəzində Azərbaycan da öz vətəndaşlarını və mallarını Meqri üzərindən daşıma hüququnu tələb edə bilərmi? Bu, hələ də davam edəcək çətin bir danışıqlar prosesinin mövzusudur", - Paşinyan bildirib.


Ana səhifəyə qayıt        Baxış: 5 861          Tarix: 28-12-2020, 09:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma