Xəbər lenti

Türkiyə tərəfi ABŞ-ın birtərəfli qaydada sanksiyalarına görə İranla ticarət əlaqələrini kəsməyəcək.

Türkiyənin “NTV” kanalının yaydığı məlumata görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyanat verib. O, ABŞ-ın İrana qarşı sanksiyaları birtərəfli qaydada tətbiq etdiyinə diqqət çəkib.

Nazirin sözlərinə görə əgər ABŞ birtərəfli qaydada qərarlar qəbul edirsə digər dövlətlərin də buna əməl etməli olmağı haqda qayda yoxdur: “Əgər ABŞ müstəqil surətdə qərarlar qəbul edirsə, bu, digər dövlətlərin də ona əməl etməli olduqlarını göstərmir. Misal üçün, ABŞ birtərəfli qaydada İranla razılaşmadan çıxıb. Amma Avropa Birliyi bunu etməyib. Digər dövlətlər İranla ticarəti kəsdiklərini söyləyə bilərlər, Türkiyə isə bu ölkə ilə ticarət əlaqələrini kəsməyəcək” – Çavuşoğlu bəyan edib. O, həmçinin İrandakı vəziyyətin pisləşməsinin regiona da təsirsiz ötüşməyəcəyini bildirib. Çavuşoğlu İranda xaosun hətta Avropa Birliyinə də pis təsir edəcəyini qeyd edib.

Qeyd edək ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp İranla imzalanmış nüvə razılaşmasından birtərəfli qaydada çıxdığını bəyan etdi. Bundan sonra ABŞ tərəfi nəinki razılaşma ilə aradan qaldırılmış sanksiyaların yenidən tətbiqini,həmçinin yeni sanksiyalar barədə də xəbərdarlıq edib.

 




Ana səhifəyə qayıt        Baxış: 490          Tarix: 29-06-2018, 17:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma