“Qarabağ Ermənistandır və nöqtə” bəyanatının çox dəqiq və konkret izahatı var”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın paytaxtı Berlində işgüzar səfərdə olan Ermənistanın Baş Naziri Nikol Paşinyan Fridrix Ebert Fondunda çıxış edərkən deyib.
Qarabağ probleminə toxunan Paşinyan növbəti dəfə öz işğalçılıq xislətinə sığınaraq sərsəm fikirlər səsləndirməkdən çəkinməyib.
Baş nazir məsələni birtərəfli yanaşma ilə həll etməyin mümkün olmadığını vurğulayıb. Onun sözlərinə görə, birtərəfli həll nəinki problemi həll etməyəcək, əksinə onu daha da ağırlaşdıracaq:
“Qarabağın Ermənistanın olması ilə bağlı açıqlamama gəlincə, bunun çox sadə və konkret izahı var. Azərbaycanın Qarabağa hücumunu Ermənistan Respublikasına hücum kimi qəbul edəcəyik. Ermənistan Respublikası Qarabağın təhlükəsizliyinin təminatçısıdır”.
Ancaq digər tərəfdən, Paşinyan cəbhə xəttində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə əldə olunmuş razılığı yüksək qiymətləndirib. Qeyd edib ki, bunun sayəsində hər iki tərəfdən əsgər ölümlərinin sayını azaltmaq mümkün olub:
“2018-ci ilin sentyabrından ilk dəfə bölgədə gərginlik əvvəllər görünməmiş dərəcədə azaldı. Ümid edirəm ki, konstruktiv müzakirələr nəticəsində nəinki bu nisbi sabitliyi qoruyub saxlaya, həm də münaqişənin hüquqi həllinə doğru irəliləyə bilərik ”.
Paylaş: