Xəbər lenti


Əl-Hərir, Əlcəzair
23.04.2021


Müəllif: Əli Zülfüqaroğlu (Jurnalist, “Xalq Cəbhəsi” qəzeti)
Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə bir qrup yerli jurnalist bu günlərdə ökənin Ağdam şəhərinə səfər edib. Səfər çərçivəsində onlar ilk olaraq Uzundərə adlanan ərazidə, daha sonra Ağdamın girişindəki keçmiş uşaq xəstəxanasının qarşısında, “İmarət” stadionunda, həmçinin Pənahəli xanın sarayında, Şəhidlər Xiyabanında, Qaracı qəbirstanlığında, Ağdam Cümə məscidində və Şahbulaq qalasında olublar.

Erməni vandalları tərəfindən yer üzündən silinmiş Ağdam şəhərinə girməzdən öncə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndəsi jurnalistlərə bölgədə mina təmizləmə prosesi ilə bağlı görülən və görüləcək işlərlə bağlı məlumat və zəruri tövsiyələrini verib. O, Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini Azərbaycana vermədiyini xatırladıb və bildirib ki, bu üzdən tərəflər arasında ötən il noyabrın 10-da imzalanmış atəşkəs bəyannaməsindən bu yana 100-dək Azərbaycan hərbçisi minaya düşüb.
Elə səfər günü Ağdamda daha bir Azərbaycan hərbçisinin minaya düşdüyü haqda xəbər yayılıb.

Ağdam, onun vəziyyəti haqda çox yazılıb. Amma real mənzərəni əyani görmək fərqli təəssürat yaradır. Burada ermənilərin azərbaycanlılara qarşı mümkün olan bütün pislikləri etdiyinin şahidi olursan. Ağdamda bütün tikililər vəhşicəsinə dağıdılıb, tarixi abidələr məhv edilib. Burada məzar daşları da sındırılıb, bəzi məzarlıqlar isə ümumiyyətlə, yoxdur. İnsanın anlamaqda çətinlik çəkdiyi daha bir məqam isə bir çox məzarın qazılmasıdır. Oradakı insan sümüklərinin harasa aparıblar.
Bir sözlə, Ağdam şəhərində salamat tikili qalmayıb.

Bütün bu faktlar fonunda məqsədimiz xarici mediada çalışan həmkarlarımızı daha dolğun və obyektib informasiya ilə təmin etməkdir. Dünya mətbuatı bu cür hadisələri daha çox işıqlandırarsa, belə fəlakətlərin təkrarlanmasının qarşısı alınar.

Ağdam rayonu erməni silahlı birləşmələri tərəfindən 1993-cü il iyulun 23-də işğal edilmişdi. İşğal altında olduğu dövrdə Ağdam şəhəri və rayonun 87 kəndi görünməmiş vəhşiliklə üzləşib, sözün əsl mənasında yerlə-yeksan edilib.

İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, o cümlədən 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikilisi, həmçinin 54 uşaq bağçası, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 71 kitabxana, 4 kollec, dram teatrı, tarix muzeyi, 13 icma mərkəzi, 27 klub, 1 stadion, muzeylər, 109 mədəniyyət klubu olub. İşğal zamanı bütün bunlar məhv edilir. Ermənilər Ağdamdakı tarixi abidələr, qəbiristanlıqlar, yaşayış obyektləri, xəstəxanalar, kitabxanalar, məktəblər, idarə və müəssisələri yer üzündən siliblər.

Ağdamın müdafiəsi zamanı 6 mindən çox azərbaycanlı həyatını itirib, minlərlə insan şikəst olub, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrilib. Ağdamdan olan məcburi köçkünlər Azərbaycanın 59 şəhər və rayonundakı 875 yaşayış məntəqəsində məskunlaşıb.

Bu ağır mənzərə qarşısında yeganə təsəllimiz torpaqlarımızın işğaldan azad olunmasıdır. İndi biz qalib xalq və dövlət olaraq, Ağdama, həmçinin işğaldan azad edilmiş digər torpaqlarımıza həyatı qaytaracağıq.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Əl-Hərir


Ana səhifəyə qayıt        Baxış: 3 970          Tarix: 23-04-2021, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma