Xəbər lenti




Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq”.

Ovqat.com
-un məlumatına görə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin yayımladığı bəyanatda bildirilir.

Departamentinin rəsmi saytında dərc olunan bəyanatda həmçinin vurğulanır: “Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcək və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında bu məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər; Konstruktiv dialoq – həm ictimai, həm də özəl – sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.


Qeyd edək ki, ilk baxışdan rutin bəyanat kimi görünən bu sözlərin altında ciddi məqamlar dayanır. Bəyanatda xüsusilə “Prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamaları”nın alqışlanması ABŞ-ın Azərbaycana Qarabağ məsələsində ciddi dəstək verdiyini göstərir.


Belə ki, Prezident İlham Əliyev mayın 28-də Laçında olarkən Qarabağdakı qondarma erməni dövlətinin rəsmiləri barədə amnistiya verilə biləcəyini dilə gətirmiş, amma bunun üçün çox mühüm şərtlər də irəli sürmüşdü: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Göründüyü kimi, ABŞ Dövlət Departamenti İlham Əliyevin amnistiya təşəbbüsü ilə bərabər, faktiki olaraq qondarma “DQR”-nın ləğvi və rəsmilərinin vəzifədən uzaqlaşdırılması fikrini də alqışlayır.





Ana səhifəyə qayıt        Baxış: 4 972          Tarix: 31-05-2023, 10:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma