Rusiya ilə mümkün müharibəyə hazırlaşmaq üçün ABŞ qoşunlarını cəbhə xəttinə göndərmək üçün “quru dəhlizi” planları hazırlanıb.
Ovqat.com-un məlumatına görə, bu barədə Böyük Britaniyanın “Telegraph” nəşri bildirib.
Qəzetin yazdığına görə, NATO Rusiya ilə Avropa arasında böyük quru müharibəsi baş verəcəyi təqdirdə, ABŞ qoşunlarını cəbhə xəttinə göndərmək üçün çoxsaylı “quru dəhlizləri” hazırlayır. Plana əsasən, ehtimal olunan əməliyyat zamanı ABŞ hərbçiləri Hollandiya limanlarına endiriləcək, oradan Almaniyaya və Polşaya göndəriləcək. Hollandiyadan başlayacaq hərbi dislokasiyanın qatarlar vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
“Mövcud planlara görə, Rusiyadan Avropaya hücum olacağı təqdirdə Hollandiyanın Rotterdam limanına enişi planlaşdırılan ABŞ əsgərləri qatarlarla Almaniya üzərindən Polşaya göndəriləcək. Plan həmçinin İtaliya-Sloveniya, Xorvatiya və Türkiyə və Yunanıstan limanlarına gələn əsgərlərin Bolqarıstan və Rumıniya vasitəsilə şimala göndərilməsi üçün quru dəhlizləri yaradılır. NATO-nun cənub və şərq alyansındakı planlara əlavə olaraq, hərbi dislokasiya Baltikyanı ölkələr vasitəsilə də həyata keçirilə bilər. Çünki NATO rəsmiləri xüsusilə Almaniya, İsveç və Finlandiyadan narahatdırlar”, - məlumatda bildirilir.
Rusiyanın bu hərbi dislokasiyanın qarşısını almaq məqsədilə Şimali Avropa limanlarını məhv etməsi ehtimalına qarşı alyansın “B” planı da var və lazım gəldiyi an işə düşəcək. “B” planında ABŞ əsgərlərinin İtaliya, Yunanıstan və Türkiyə limanlarına yönəldirilməsi nəzərdə tutulur.
NATO liderlərinin keçən il Litvanın paytaxtı Vilnüsdə keçirilən sammitdə bu planın hazırlandığı bildirilən məlumatda vurğulanır ki, alyansı müdafiə etmək üçün 300 min əsgəri döyüşə hazır vəziyyətdə saxlamağa razılıq verməsindən sonra “logistik marşrutlar” problemi üzərində də anlaşmaya varılıb. Adının açıqlanmasını istəməyən bir rəsmi şəxsin fikrincə, yaxın 20 ildə Rusiya və ABŞ əsgərlərinin bölgədə üz-üzə gəlməsi ehtimalının yüksəkdir. Bir çox müşahidəçilər isə böyük qarşıdurmanın daha yaxın tarixlərdə ola biləcəyini də istisna etmirlər. Hətta yaxın 2-3 ildə bu savaşın çıxa biləcəyini ehtimal edənlər də var.
Alyansın şərq cinahına çatmaq üçün Türkiyə və Yunanıstan limanlarından Bolqarıstan və Rumıniya vasitəsilə qüvvələrin daşınması üçün oxşar planlar mövcuddur.
Qoşunların Balkanlardakı limanlar, eləcə də Norveç, İsveç və Finlandiya vasitəsilə daşınması planları da hazırlanır.
Bu dəhlizlərdə milli hərbçilər yerli qaydalarla məhdudlaşdırılmayacaq və normal məhdudiyyətlər olmadan yüklərin daşınmasında sərbəst olacaqlar.
Hollandiya, Almaniya və Baltikyanı ölkələr kimi Şimali Avropadakı limanlar Rusiyanın raket hücumlarına xüsusilə həssas sayılırlar.
Paylaş: