
“15 avqustda Alyaskada baş tutan Tramp və Putin görüşündən Ukrayna ilə bağlı xüsusi nəsə gözləmək sadəlövhlük olardı”.
Siyasi və iqtisadçı ekspert Elçin Qurbanov Ovqat.com-a açıqlamasında belə deyib.
Onun fikrincə, Tramp və Zelenskinin 18 avqust görüşü də Ukrayna və arxa senarinin müəllifləri üçün ürək açan olmayacaq və əldə olunmayan nəticəni müzakirə etmək siyasi yenilik yaratmayacaq.
“Əvvəla onu qeyd etmək lazımdır ki, Tramp heç bir halda Moskvanın üzərinə getməyəcək. Getmədi də. Ona görə ki, Trampı Çin Rusiyadan daha çox narahat edir. Buna görə Rusiyaya sanksiya tətbiqi tamamilə gündəmdən silinməkdədir.
Elçin Qurbanov
Digər məsələ isə problemin görünməyən mənəvi tərəfidir. Tramp və Putinin münasibətlərinin yeni siyasi formulası təkcə Çin reallığı ilə də bağlı deyil. Burada gizli cücərdilən xristian koalisiyası toxumu da özünü tezliklə göstərəcək. Tramp verdiyi vədləri yerinə yetirə bilməyəcək. Onun siyasi gedişləri bir qədər ABŞ-ın 33-cü prezidenti Demokratlar partiyasından olan Franklin Delano Ruzveltə oxşardı. Ruzveltin seçkilərdə əsas dəstək aldığı yəhidi lobbisi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək həm istəyirdi, həm də yox. İndi də Tramp eyni halları yaşayır. Bir xristian kimi Rusiyanın böyük siyasətdə uduzmasını da istəmir. Söhbət Ukraynaya uduzmaqdan getmir. Tramp onsuz da Yaxın Şərqdə və Ukraynada göstərdiyi siyasi mövqeyinə görə dünya ictimaiətinin ciddi qınaq obyekti olub. Bir sıra Avropa dövlətləri Yaxın Şərq məsələsində Netanyahu ilə yanaşı Trampı da tənqid atəşinə tutub. Tramp özünü ikitərəfli riskə atıb”.
O, ki, qaldı Zelenskinin Putinin təklifləri ilə razılşacağına, Elçin Qurbanovun fikrincə, bu proqnoz da real vəziyyətə uyğun deyil: “Zelenski təkbaşına yeni sərhədlərin təməlini formalaşdıran razılaşmaya gedə bilməz. Bu addım Zelenski üçün çox böyük riskdir. Həm də heç bir hüquqi əsası yoxdur. Ərazi sərhəd məsələlərini prezident müəyyən etmir. Kapitulyasiya deyə bir şey də yoxdur. Yüz minlərlə vətəndaşını itirmiş Ukrayna belə sülh imitasiyasına gedə bilməz. Odur ki, Zelenski hər-hansı razılaşmalarını qəbul etməyəcək. Bu, onun sonunu gətirə və əsas plan pozula bilər. Muharibəni dayandırmağın ən mükəmməl yolu problemin həllinin tamamilə Ukrayna xalqının iradəsinə həvalə edilməsidir. ABŞ-ın planında isə həqiqi sülh missiyası nəzərdə tutulmayıb.
ABŞ-ın gələcəkdə, təbii sərvətlərin işlənməsi və ya başqa məqsədlər üçün Ukraynada olması Rusiya üçün istənilən halda qəbulolunmazdır. Bu yolla sülh sülh əldə etmək də imkansızdır. Rusiya heç bir məsələdə mistik ABŞ -na etibar etmir. Bütün bunlara rəğmən, sülh planı tamamilə yetişməmiş meyvə kimi masaya qoyulub” – Elçin Qurbanov analizini belə yekunlaşdırıb.
Paylaş: