İŞİD-in İraqdakı son qalası olan Telafərdəki vəhabi terrorçular pərən-pərən düşüblər.
İraq orudusu və Həşdi Şabi qarşısında duruş gətirə bilməyən “xilafətçilərin” bir çoxu artıq kürd peşmərgələrinə sığınırlar. Bu da, sözsüz ki, təsadüfi deyil. İraqda yaşayan kürdlərin böyük əksəriyyəti məzhəbcə sünniliyin Şafi məzhəbinə olduqlarından vəhabi terrorçular şiələrdənsə kürdlərə əsir düşməyi tərcih edirlər.
Ovqat.com İraq informasiya kanallarına istinadən xəbər verir ki, bu gün də çox sayda İŞİD-çi peşmərgələrə təslim olub.
Təəssüf ki, onların arasında azərbaycanlı qadınlar da var. Video-kameralara yansıyan görüntülərdən ən azı 4 vəhabi qadının kürd silahlılarının əlinə keçdiyi anlaşılır. Qadınlarla bərabər yanlarında uşaqlar da var.
Qadınlar tərcüməçi vasitəsilə Azərbaycan dilində suallara cavab verirlər. Onlardan bildirdiyinə görə, əri döyüşdə həlak olub. Digər qadınlar da Azərbaycan dilində danışırlar.
Videoni təqdim edirik:
Paylaş: