Xəbər lenti

 Həşdi Şabi gücləri Mosulun qərbində yerləşən və İraqın ən böyük ikinci mahalı sayılan Bəacı İŞİD-dən təmizləyiblər.

Ovqat.com xəbər verir ki, bunu Həşdi Şabi qüvvələrinin Mərkəzi komitəsinin sədr müavini Əbu Mehdi Mühəndis mətbuat açıqlamasında bildirib.

Açıqlamada Bəaca nəzarətin ələ keçirilməsini böyük hərbi uğur adlandıran Mühəndis əməliyyatda terror təşkilatına ağır zərbələr vurulduğunu etiraf edib.

Qeyd edək ki, Həşdi Şabi bu ilin 24 mayında "Məhəmməd Rəsulullah" əməliyyatının ikinci mərhələsinə başladığını elan etmişdi. Bir müddətdən sonra əməliyyatda Keyrəvan qəsəbəsiylə birlikdə 13 kənd İŞİD-dən xilas etdiyini açıqlamışdı. Bəac mahalının İŞİD-çilərdən təmizlənməsi də bu əməliyyatın tərkib hissəsi kimi qiymətləndirilir.

 Qəsəbə İŞİD-in iki mərkəzi şəhəri sayılan Mosuldan Raqqaya keçişlər üçün istifadə olunurdu. Bu səbəbdən də Bəacın alınmasıyla xilafətçilərin arasındakı irtibatın kəsiləcəyi, onların bir-biriylə yardımlaşmasının və faktiki olaraq düşmüş olduqları mühasirədən qaçmalarının mümkünsüz hala gələcəyi düşünülür.

ABŞ və YPG qüvvələrinin Raqqada başladıqları hərbi əməliyyatdan bir gün keçdikdən sonra bu keçiş məntəqəsinin ələ keçirilməsi təsadüfi deyildi. İŞİD-i hazırda iki cəbhədə də ağır döyüşlər gözləyir. Nə yazıq ki, xilafətçilərin mühasirəyə alınaraq məhv edilməsi taktikası mülki vətəndaşlar arasında da ağır itkilərlə nəticələnir.




Ana səhifəyə qayıt        Baxış: 1 405          Tarix: 4-06-2017, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma