Xəbər lenti
 

Dünən ermənilər Tehranda Türkiyə səfirliyinin qarşısında “soyqırım” nümayişi keçiriblər.
Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, nümayişə qatılanlar əllərində “soyqırım” şüarlarıyla bərabər İran dini və dövlət rəhbərlərinin şəkillərini də tutublar.

 
Qeyd edək ki, bununla bağlı Cənubi Azərbaycan fəalları bir gün öncə bəyanat vermiş, hadisəni təxribat kimi qiymətləndirərək, ölkə əhalisinin böyük əksəriyyətinin türk olduğunu rəsmilərə xatırlatmış və milli hisləri rəncidə edən bu təxribatın qarşısını almağa çağırmışdı. Görünən budur ki, İran rəhbərliyi ölkədə yaşayan milyonlarla türkün həssasiyyətinə toxunmağın o qədər də qorxulu olmadığını düşünüb və erməni təxribatına göz yumub.
Halbuki, ötən illərdə ermənilərin bu təşəbbüsünə icazə verilmişdi.
Oxucularda əyani təsəvvür yaratmaq üçün nümayişdən çəkilən foto-şəkilləri təqdim edirik:

 



Ana səhifəyə qayıt        Baxış: 949          Tarix: 25-04-2017, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma