Xəbər lenti

 Aynur TALIBLI

İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyet Araştırmaları Bölümü.

Hər birinizə məlumdur ki, məkrli, işğalçı, üzdəniraq qonşularımız olan ermənilər hər il 24 aprel (nisan) gününü qondarma"erməni soyqırımı"nın ildönümünü kimi qeyd edirlər. Təxminən yüz il bundan əvvəl türklərin onlara qarşı soyqırımı törətdiyini idda edən ermənilər və onların xristian qardaşları çox deyil, tam 25 il bundan əvvəl  Xocalıda ermənilərin Azərbaycan türklərinə qarşı açıq- aydın vəhşicəsinə törətdiyi qətliamı isə gözardı edirlər. Üstəlik, Xocalıdan öncə dəfələrlə bizlərə etnik təmizləmə-soyqırımı etmişdilər və bunu yalnız deyil, xristian qardaşlarının dəstəyi ilə həyata keçirmişlər.

 Xocalıda törədilən soyqırımından dünya medyası da xəbardardı və o dönəmdə öz gündəmlərində bu mövzuya geniş yer vermişdilərdir.(1)

Digər tərəfdən, utanmadan erməni quldurları və sözdə" aydınları" etdikləri insanlığa sığmayan işgəncələri kitablarına belə mövzu edirlər. Balayanın bu mövzuda yazdığı kitabının adı "Ruhumuzun canlanması"dır , kitabın adı belə ermənilərin Türklərə qarşı soyqırımı törətməsindən zövq alan bir faşist pisixologiyaya malik olduğunu göstərir. Balayan etdikləri vəhşiliyi  kitabında  belə əks etdirir:

"Biz dostum Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşında bir Türk uşağını pəncərəyə mismarlamışdı. Türk uşağının bağırtıları, çağırışıları çox eşidilməsin deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu 13 yaşındakı Türkə onların atalarının bizim uşağlara etdiyini etdim-başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, Türk uşağı  7 dəqiqə sonra qan itkisindən öldü. İlk işim həkimlik olduğu üçün humanist idim, bunun üçün də Türk uşağına etdiyim bu işgəncələr görə özümdə narahatlıq hiss etmədim. Ama ruhum xalqımın intiqamını aldığı üçün sevincli və qururlu idi.

Xaçatur daha sonra ölmüş Türk uşağının cəsədini parça-parça doğradı və onu Türklərlə eyni kökəndən olan itlərə atdı. Axşam eyni işgəncəni üç Türk uşağına daha etdik. Bir erməni vətənsevəri olaraq görəvimi yerinə yetirdim. Xaçatur da çox tərləmişdi, ama  mən onun gözlərində və digər əsgərlərimizin gözlərində intiqam və güçlü hümanizim mücadələsi gördüm. Ertəsi gün biz kilsəyə gedərək, 1915-ci ildə ölənlərimiz və ruhlarımızın dünən gördüyümüz kirdən təmizlənməsi üçün dua etdik".(2). 

Türk tarixində heç bir zaman şanlı, şərəfli atalarımız belə bir vəhşilik törətməmişdir. Silahsız heç bir canlıya hücum etməmişdir. Yəqin ki, bir necə dilə tərcümə olunmuş bu kitabdan Avropa ölkələri və o cümlədən Fransa, Almanya, Hollandiya kimi ölkələrin də xəbəri vardır. Bu üç ölkənin adını xüsusilə qeyd edirəm, çünki hər kəsin həmin ölkələrin yerə-göyə sığmayan erməni sevgisindən xəbəri var. 

  Yaxın zamanda Hollandiya açıq-aydın Türk millətinə qarşı qərəzli siyasət yeritmişdir və yeridir. Bunu Türkiyəli diplomatlara və Türk əsilli vətəndaşlarına qarşı rəftarları da açıq-aydın göstərir. Bu tərəfli  və faşist siyasətlərinə bu yaxınlarda 24 nisan(aprel) qondarma " erməni soyqırımı"nın sözdə ildönümü qeyd etmək üçün məktəbliləri küçələrə tökmələri, əllərinə Türkiyə əleyhinə yazılmış lövhələr verərək uşaqları çirkli siyasətlərinə  bulaşdırmaları da əlavə olundu.

Hər nə qədər bu uşaqların erməni olduğu iddia edilsə də, bu siyasət "Avropa Birliyinin Təməl  Haqları Bəyannaməsi"nin III bölümünün eşitlik-bərabərliklə əlaqədar 24-cü maddəsinə  qeyd edilmiş qanuna ziddir. Bəyannamədə belə qeyd edilir:

  1. "Uşaqlar öz rifahları üçün gərəkli qoruma ve qayğıdan yararlanma haqqına sahibdirlər. Görüşlərini sərbəstçə ifadə edə bilərlər. Bu görüşlərdə öz yaşları ve olqunluq səviyyələrinə uyğun olaraq özlərini maraqlandıran mövzuların olması diqqətə alınmalıdır."(3)

Qeyd etdiyimiz bəyannaməni əsas götürərək, deməyə haqqımız var ki, 100 il bundan qabaq baş verdiyi yalandan iddia edilən, heç bir dəqiq bəlgəyə əsaslanmayan "soyqırımı " o uşaqların maraq dairəsində ola bilməz və bu mövzu onların yaşına uyğun deyildir ki, bu haqda görüşləri-fikirləri olsun.

  Bu hadisə haqqında məlumatı və fotoları  mən sosial medyada bir səhifədən, özü də əslən Azərbaycanlı olub Avropada yaşayan bir soydaşımızın vasitəsi ilə əldə etdim. Bunun üçün ona təşəkkür edirəm, amma onun bu hadisəyə yanaşması fərqli və bir o qədər də sadədilliklə, yəni Avropanın saxta xoşgörüsünə- humanizminə inanmış tərzdə idi. Belə ki, paylaşdığı fotolara bu fikirləri yazmışdı:

"Düşmənimizin Hollandiyada qazandığı uğurlardan danışmaq istəyirəm. Hal-hazirda ermənilərin burda  bir neçə hərbiləşdirilmiş skaut tipli düşərgə və təşkilatları var. Yəni birdən Ermənistan və Azərbaycan arasında müharibə elan olunsa, onlar artıq yaşları çatarsa, bir neçə aylıq kurs keçərək hazır əsgər  kimi cəbhədə vuruşa bilərlər. Onlar üçün orda elə gözəl şərait yaradılıb ki, hər il hər bir erməni ailəsi bir neçə həftəlik öz uşaqlarını o düşərgələrə göndərir, orda erməni dili və tarixindən əlavə, nizam-intizam dərsləri verilir, xüsusi hərbi tipli forma geyməklə və əsgərlik şəraitinə yaxın  qayda-qanunla yaşayırlar. Bəs, biz, Hollandiyada yaşayan AZƏRBAYCANLILAR NƏ ƏLDƏ ETMİŞİK? Kimə deyirsən, gəlin, bir olaq, şad və şən günlərimizi bir yerdə qeyd edək, o saat min" əmma" tapırlarlar ki, gah işdəyəm, uşaqlarım balacadır, gah tələbəyəm, vaxtım yoxdur (amma dövlət hesabına oxuyur və Azərbaycanla bağlı  tədbirlərdə iştirak etmək onun müqaviləsində qeyd olunub), gah uzaqdır, gah mənim  erməni dostlarımdan əyibdir və.s. Baxın, dostlar və diaspora sahəsində kiməsə dəstək verən təşkilatlar, baxın düşmən hansı səviyyədə və biz hansı səviyyədəyik" .

  Bu  soydaşımızın paylaşdığı yazıları və fotoları görüncə düşündüm ki, "düşmənin Hollandiyada qazandığı uğurlar" deyərkən, bu ifadə nə qədər doğrudur? Əgər xatırlasaq ki Hollandiya zatən qondarma “erməni soyqırımını” tanımış və hər zaman ermənilərə dəstək olmuşdur, o zaman bu mövzunu "ermənilərin Hollandiyadakı uğuru" kimi dəyərləndirmək məncə heç də uyğun olmaz. Hər kəsə məlumdur ki, Avropa ölkələri olaraq Almanya, Fransa, Hollandiya hər zaman ermənilərə dəstək  vermiş və onlara məkrli siyasətlərini həyata keçirmələrini alqışlamışdır. Onlar hər zaman irqçi, ayrımcı, faşist mövqeyindən çıxış etmişlər.

Düşündüklərimi "Guya Hollandiya bizm dostumuzdur? Sizin deyəsən xristian, xaçlı birliyindən xəbəriniz yoxdur? Bu, onlar üçün normal haldır, qardaşlarına dəstək verirlər, hələ bir azdan Ermənistanı "Avropa Birliyi" deyilən o xaçlı qardaşlar təşkilatına da qəbul edəcəklər.!"- deyə şərh yazaraq bildirdim . Buna qarşılıq olaraq soyadşımızın sözü "Avropa ölkələri dialoqa hazırdır, biz isə yox" oldu. Daha sonra bir-birimizə verdiyimiz cavablar əsl mükaliməyə çevrildi.

  Mən:

-Hansı dialoq?! Siz o qədər yaxşı niyyətlə düşünürsünsüz ki, mən onların dırnaqarası “dialoqlar"ını Afrikada, Hindistanda, Misirdə və ərəb ölkələrinə gətirdikləri "bahar" da gördüm, inanın, o dialoq yarımçıq yolda qalsa, yaxşıdır.

O:

-Siz hansı təklifi irəli sürmüsünüz ki, Avropa qəbul etməyib".

-Bəs, ermənilər hansı təklifi irəli sürüb ki, Hollandiya qəbul edib və bu məktəb şagirdlərinin körpə, saf beyninə bu zəhərli toxumu əkiblər? Məgər ermənilər bu qədərmi beynəlxalq arenada söz sahibidir?! Bu qədərmi güclüdürlər? Bəli, adicə  bir Azərbaycan Türk  bayrağını əlimdə daşıdığım üçün üzərimə gəlib "olmaz" deyən ingilisə qarşı mən hansi siyasi təklif irəli sürmüşdüm ki, bu rəftarla qarşılaşdım?

-Ermənilər öz mitinqinə 3 deputat və bir şəhər merini qatiblar.

-Erməni deputatlar ora hansı güclə gediblər? Kürdlər ora hansı güclə gedir? Bu hansı  hüquqda var ki, vizasız Avropa  ölkəsinə gedirlər? Deyəcəksizin ki, diplomatik pasportla. Ama necə olur, digər tərəfdə qarşı düşüncəyə sahib olan diplomatik pasport sahiblərinə məhdudiyyət qoyulur, amma ermənilərə,kürdlərə qapı hər zaman açıq olur?!

Bizim də dialoqumuz bununla bitdi. Cavab olaraq heç bir şərh yazılmadı. Yazıla da bilməzdi, çünki bu Avropanın gərçək üzü idi.

 Sizə ondan da bəhs edim ki, yenə "Avropa Birliyinin Təməl Haqları Bəyannaməsi"nin III Eşitlik-Bərabərlik bölümünün 20-ci maddəsində qeyd edilən "Hər kəs qanun qarşısında bərabərdir" və 21-ci maddəsində qeyd edilən "1. Cinsiyyət, irq, rəng, etnik ve ya sosial kökən, irsi özəlliklər, dil, din ve ya inanc, siyasi və ya başqa hər hansı bir görüş, bir milli azlığın üzvü olmaq, xüsusiyyət, doğum, yaş ve ya cinsi təmayül qavramı kimi hər hansı bir səbəblə ayrıseçkilik edilməsi yasaqdır.

  1. Avropa Birliyini quran öhdəliklər çərçivəsində həyata keçirilməsi çərçivəsində ve bu öhdəliklərin özəl hökmləri gizli qalmaq üzərə milliyət səbəbi ilə hər dürlü ayrıseçkilik yasaqdır."(4) müddəaları Hollandiya, Fransa ,Almaniya kimi Avropa ölkələri tərəfindən hər zaman gözardı edilmişdir. Bunu Pkk-ya və onun uzantısı olan YPG teroristlərinə və onlarla eyni soydan gələn ermənilərə gizli və ya açıq şəkildə hər zaman dəstək olmaları sübut edir. Bunu doğrulayan onlarca  fakt-dəlil vardır.

Yenə çox deyil, bir gün öncə 28.04.2017. tarixində Viyana havalimanında Franco.A isimli alman hərbçi silah əldə edərkən tutulur. Səbəbindən sizə bəhs edəcəyəm. Deməli, bu alman hərbçi, özünü qaçqın kimi göstərmək üçün adını Almanyadakı qaçqın düşərgəsinə yazdırır. Bundan sonra özünü qaçqın kimi ətrafına tanıdır və qaçqınları suçlu,cinayətkar, terorist göstərmək məqsədi ilə Fransada, Avistryada silahlı hücumlar həyata keçirməyi planlaşdırırmış. Bu səbəblə havalimanında tutulmuşdur. Deyilənə görə, Almanya xəbəralma təşkilatları bu plandan xəbəri olmuşdur.(5)

 Burdan da göründüyü kimi Avropa ölkələri hər zaman faşist və irqçi siyasətlərinə davam etmişlərdir.

Dəyərli həmvətənlərim, sizlərə təkrar bildirmək istəyirəm ki, Ermənistanla, Almaniya, Fransa, Hollandiya qardaşlıq siyasəti həyata keçirirlər. Dünyanın dörd-bir yanında ermənilərə dəstək verirlər.  Vətənini, millətini sevən,  Almanyada, Amerikada, Fransada, Hollandiyada və.s  digər Avropa ölkələrində yaşayan safqan Azərbaycan Türkü, Türkiyə Türkü, Güney Azərbaycan Türkü və digər Türk dövlətlərindən olan ərlərin, igidlərin, xanımların, xatunlarin olduğunu bilirəm və ermənilərin Xocalı soyqırımında etdiyi vəhşilikləri dünyada necə tanıtdırdıqlarından   xəbərdaram və onlara təşəkkür edirəm. Belə soydaşlarımla, qandaşlarımla qürur duyuram. Onların hər zaman oyanıq, güclü və ağıllı siyasətlə Türk birliyini qorumağa, dəstəkləməyə çağırıram.

“Nə mutlu Türküm deyənə!”

-------

İstifadə edilən mənbələr.

  1. 3nesil1soyqırımı.org " Karabağda 3 nesil 1 soykirimi" sayfa 28-29 " Uluslararasi Basında Hocalı"

2..islahhaber.net."Hocalı Soykırımı 23 yaşında.! 13 yaşındakı çocuğun derisini soydum!"

Doktor Ünvanlı Taşnak artığı Balayan’ın  Ruhumuzun Canlanması adlı kitabında, gururla itiraf ettiği kitapta şu ifadeler yer alıyor :

  1. avrupa.info.tr. "Avrupa Birliğinin Temel Haklar Bildirgesi"

4.. avrupa.info.tr. "Avrupa Birliğinin Temel Haklar Bildirgesi"

5.Trthaber.Zafer Kiraz

 Xüsusi təşəkkür verdiyi dəyərli bilgilər üçün Türk komutan İshak Çelik bəyə sayqılarımla.




Ana səhifəyə qayıt        Baxış: 1 279          Tarix: 29-04-2017, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma