Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Aprelin 22-dən 27-dək Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” mövzusunda dördüncü beynəlxalq konfrans keçiriləcək. 1918-1919-cu illərdə Lənkəranda yerli əhali erməni cəlladları tərəfindən soyqırımına məruz qalıb.
Bundan əvvəl Qubada və Şəkidə keçirilmiş konfranslarda olduğu kimi, bu konfransın təşkilatçısı da Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutudur.
İnstitutdan AzərTAc-a bildirilib ki, Ermənistan Azərbaycanda keçiriləcək nüfuzlu elmi forum haqqında məlumata özünəməxsus təhrikçi ruhda reaksiya verib. Ermənistan KİV-ləri mənbəyi bilinməyən, həqiqətdə isə sadəcə mövcud olmayan, primitiv erməni təbliğatının virtual “səyləri” nəticəsində “Talış ağsaqqalları şurası” adını almış erməni təşviqat-təbliğat maşını adından bəyanat yayıblar. Bu cızma-qarada erməni təbliğatçıları növbəti dəfə dəridən-qabıqdan çıxaraq tarixdə azərbaycanlıların və digər türk-müsəlman xalqlarının soyqırımının olmadığını sübut etməyə çalışırlar. Lakin onların cəhdləri hədərdir və rüsvayçı şəkildə puç olacaq. Buna səbəb 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarına, yüzlərlə günahsız insanların yalnız etnik mənsubiyyətinə görə öldürülməsinə dair təkzibolunmaz, çoxsaylı tarixi sənədlərə əsaslanan faktlardır. Soyqırmının təşkilatçıları, ideoloqları və bilavasitə icraçıları Bakı Sovetinin rəhbəri Stepan Şaumyan və onun erməni millətçiləri Tatevos Əmiryan, Stepan Lalayan, Amazasp Srvantstyan, Georgi Korqanov, Baqdasar Avakyan, Anastas Mikoyan və başqaları kimi əlaltıları idi.
Bakı Sovetinin daşnak-bolşevik rəhbərliyinin Azərbaycan xalqına qarşı cinayətkar siyasətini Azərbaycanın əzəli torpaqları olan İrəvan və onun ətrafında yaradılmış Erməni (Ararat) Respublikası davam etdirib. Andranik, Dro, Njdenin başçılığı altında erməni silahlı birləşmələri Naxçıvan, Zəngəzur, Qarabağ, habelə Urmiya, Xoy və Salmas regionlarında azərbaycanlı əhalini kütləvi məhv ediblər.
Bütün bunlar tarixi faktlardır və erməni təbliğatı onları təkzib edə bilməz. Bu da faktdır ki, həmin təbliğat Ermənistan Respublikasının rəhbərliyi tərəfindən Azərbaycanın Xocalı şəhərində əlləri azərbaycanlıların qanına batmış Serj Sarkisyan başda olmaqla onun başkəsənlərinin dinc əhalini, o cümlədən uşaqları, qadınları və qocaları qətlə yetirərək törətdiyi hərbi cinayəti tarixdən silib atmaq iqtidarında deyil. Bu təkzibolunmaz faktlar beynəlxalq ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb edir. Erməni təbliğat maşını azərbaycanlılara qarşı soyqırımı cinayətinin dünya birliyi tərəfindən gec-tez tanınacağından ehtiyatlanaraq iyrənc yalanlara, o cümlədən “Talış ağsaqqalları şurası” adından yalanlara əl atır.
Erməni tərəfinin xüsusi narahatlığına səbəb onun cinayətkar əməlini ifşa edən beynəlxalq forumlardır. Onların sırasına AMEA-nın Tarix İnstitutu tərəfindən hər il Rusiya, Almaniya, Fransa, Türkiyə, Gürcüstan, İran, Polşa, Bolqarıstan, Albaniya, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən nüfuzlu alimlərin iştirakı ilə keçirilən konfranslar da daxildir. Bu tədbirlərdə erməni millətçiləri tərəfindən Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və digər regionların türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı aktlarının üstü açılır. Diqqətəlayiqdir ki, Lənkəranda keçiriləcək beynəlxalq konfransda azərbaycanlı alimlərlə yanaşı, xarici ölkələrdən 56 tanınmış alimin məruzəsi dinləniləcək.
Azərbaycanda yaşayan xalqlar arasına nifaq salınmasına yönələn erməni təbliğatının əbəs cəhdlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan qədimdən bəri müxtəlif sivilizasiya və mədəniyyətlər arasında körpü olub. Müxtəlif xalqların və konfessiyaların nümayəndələri əsrlər boyu burada dinc yanaşı yaşayırlar. Bu gün Azərbaycan dünya birliyi tərəfindən tolerantlıq, dini dözümlük və multikulturalizm nümunəsi kimi tanınır.
Buna görə də ermənilərin Azərbaycanda yaşayan xalqları bir-birinin üstünə qaldırmaq cəhdləri heç bir perspektivə malik deyil. Həmçinin erməni saxtakarlarının Azərbaycanda yaşayan milli azlıqları onların azərbaycanlı-türk çoxluğu tərəfindən təqibə məruz qalmasına inandırmaq cəhdi də əbəsdir. Ölkəmizdə yaşayan ləzgilər, talışlar, yəhudilər və başqaları “böyük Ermənistan” cinayətkar ideologiyasının daşıyıcıları tərəfindən gördükləri zorakılıq, vəhşilik və qəddarlıq haqqında məlumatı öz tarixi yaddaşında qoruyub saxlayırlar. Erməni qatillərinin cinayətlərini hamı, o cümlədən talış ağsaqqalları yaxşı xatırlayırlar. Onlar Lənkəranda tarixçilərin beynəlxalq forumunda öz xatirələrini bölüşməyə hazırdırlar.
Azərbaycanda bütün xalqlar – azərbaycanlılar, talışlar, ləzgilər, avarlar, yəhudilər, ruslar və başqaları bir ailədir. Bütün azərbaycanlıların yeganə məqsədi isə doğma Azərbaycanın beşdəbir hissəsini erməni işğalından xilas etməkdir.
Erməni təşviqat-təbliğat maşınının digər ölkələrdə millətlərarası münasibətlərdən danışmaması daha yaxşı olardı. Çünki monoetnik dövlət olan Ermənistan Respublikasının əhalisi, demək olar, yüz faiz ermənilərdən ibarətdir. Azərbaycanın indi Ermənistan ərazisində olan İrəvan, Göyçə, Zəngəzur bölgələrindən yerli əhali - azərbaycanlılar, habelə digər xalqların nümayəndələri tamamilə çıxarılıb.
Beləliklə, təcavüzkar Ermənistan Azərbaycan xalqına qarşı soyqırımı siyasəti və etnik təmizləmə həyata keçirmək barədə ittihamları üstündən götürməyə nə qədər cəhd etsə də, buna nail ola bilməyəcək. Ermənistan KİV-lərinin ünvansız “Talış ağsaqqalları şurasının” uydurulmuş bəyanatı kimi ucuz təbliğatçı hoqqaları da tarixi həqiqəti boğmaq və silmək iqtidarında deyil.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar