Xəbər lenti
Bu gün, 12:53
Bu gün, 11:49
Bu gün, 10:30
Bu gün, 00:05
Dünən, 22:45
Dünən, 21:28
Dünən, 20:43
Dünən, 19:34
Dünən, 18:33
Dünən, 18:00
Dünən, 16:33
Dünən, 14:10
Dünən, 13:42
8-10-2024, 22:00
8-10-2024, 20:43
Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan Donald Trampın “erməni soyqırımı”nı tanımayacağını deyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Kirakosyan Trampın Türkiyə admibnistrasiyası ilə sıx dostluq münasibətləri quracağını deyib.
“Tramp administrasiyasının “erməni soyqırımı”nı tanıyacağı inandırıcı deyil. Əvvəki, administrasiyaların bəyanatlarına bənzər açıqlamalar veriləcəksə də, “soyqırımı”nın tanınmasından söhbət getməyəcək. Bunun bir səbəbi Trampın Ərdoğanın Suriya məsələsindəki köməyini nəzərə alması və İŞİD-ə qarşı mübarizəyə cəlb etmək planları ilə bağlıdır. Təsadüfi deyil ki, referendum nəticələri bəlli olan kimi Tramp Türkiyə prezidentinə telefon zəngi edərək təbrik etdi. Digər tərəfdən, Tramp Türkiyədə vaxtı ilə biznes layihələri həyata keçirib və türk biznesmenlərlə yaxşı münasibətləri var”.
Riçard Kirakosyanın fikrincə, PKK, İŞİD terroru və Suriyaya müdaxilə Ankaranı təhlükə altında saxlayan əsas məsələlərdir. Onun fikrincə, Ərdoğan 7 illik maksimuma çatan işsizlik səviyyəsi ilə, həmçinin milli valyuta lirənin devalvasiyası ilə mübarizə aparmalı da olacaq.
Vüqar İSMAYILOV
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar