Xəbər lenti

 Bu gün “Təhsil problemləri” qəzetinin şöbə müdiri, qocaman yurnalist Əşrəf Hümmətovun 70 illik yubileyidir.

Hümmətov Əşrəf Əli oğlu 25 oktyabr 1947-ci ildə Naxçıvan rayonunun (indiki Babək) Zeynəddin kəndində müəllim ailəsində anadan olub.

1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub və 1974-cü ildə ali təhsilini başa vurub. 1973-cü ildən ehtiyatda olan zabitdir. Əşrəf Hümmətov 1974-75-ci illərdə Bakıda “Gənclik” nəşriyyatında, 1975-ci ilin avqust ayından 1995-ci ilin avqust ayınadək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, 1995-ci ilin avqust ayından 2009-cu ilin noyabr ayınadək “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində redaktor, böyük redaktor, şöbə müdiri və digər vəzifələrdə işləyib və əsasən təhsildən yazıb.

1974-1975-ci tədris ilində Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda müəllimlik edib. 1976-1978-ci illərdə Azərbaycan KP MK Marksizim-Leninizm Universitetinin Naxçıvan filialında Jumalistika şöbəsinin İdeoloji kadrlar fakültəsində Ali Siyasi Təhsil alıb. 1979-cu ildən keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü olub.

2009-cu ilin dekabr ayından Təhsil Problemləri İnstitutu (indiki Təhsil İnstitutu), həftəlik “Təhsil problemləri” qəzetində şöbə müdiri vəzifəsində çalışır. 2012-ci ildə “Ötən günlər, ötən illər”, 2014-cü ildə “Təhsilimizin tərəqqisi yo-lunda”, 2015-ci ildə “Müəllimlər, məktəblər, tədbirlər…”, 2016-cı ildə “Öyrədənlər, öyrənənlər, uğurlar” kitabları nəşr edilib. 2017-ci ildə çap olunan “Uğurlar təsadüfi deyil” onun beşinci kitabıdır.
   Ovqat.com gözəl insan peşəkar jurnalist, yazıçı Əşrəf Hümmətovu 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır.




Ana səhifəyə qayıt        Baxış: 1 463          Tarix: 25-10-2017, 08:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma