Xəbər lenti

 

Müəyyən səbəblərə görə, hələlik adının çəkilməsini istəməyən  tələbə bir xanım Azinforum.az-a müraciət edərək Bakı şəhərində fəaliyyət göstərən restoranlardan birinin rəhbərliyi tərəfindən aldadıldığını iddia edir.  Söhbət Bakı şəhəri Fətəli Xan Xoyski  küçəsi 106-da  (5 saylı xəstəxananın yanı-red)  fəaliyyət göstərən WE, BIZ, МЫ”  adlı restorandan gedir. Şikayətçi bildirir ki, 05.10. 2017-ci il  tarixindən  sözügedən restoranda qrafik dizayner kimi çalışmağa başlayıb: ” Mənimlə heç bir əmək müqaviləsi bağlanmadı. Razılaşdıq ki, görəcəyim işin müqabilində mənə ayda restoran tərəfindən 200 manat ödəniləcək.  Nəzərdə tutulan  işin müqabilində əmək haqqı az olsa da,  razılaşdım. Çünki  tələbə olduğum üçün pula çox ehtiyacım vardı. Ancaq iş prosesində gördüm ki, mənimlə razılaşan formada rəftar olunmur. Bəlli olmayan iş qarfiki ilə, əksər hallarda isə gecə saatlarında işləməyə məcbur edilməyim, gördüyüm işlərdə dəfələrlə yersiz dəyişikliklərin olunması  və ən əsası da restorana rəhbərlik edən Samir Kazımov adlı şəxs  tərəfindən hörmətsiz rəftara məruz qalmağım səbəbindən 23.102017-ci ildə işdən çıxmaq niyyətimi rəhbərliyə bildirdim. Restoran rəhbərliyi 17 günlük zəhmətimin müqabilində mənə 50 manat pul ödəyəcəklərini  və əlavə də gördüyüm bütün işlərin  master fayllarını onlara verəcəyimi bildirdi. Mən bu haqsız tələblə razılaşmayıb, onların təklif etdiyi 50 manatı götürməyib  restoranı tərk etdim. İkinci dəfə bu söhbəti  aydınlaşdırmaq istəyəndə isə restoran rəhbərinin “Oğlan olsaydın səninlə başqa cür danışardıq”  hədəsilə üzləşdim.

Dedikləri sübut edən bütün dəlilləri istənilən quruma təqdim etməyə hazıram. Əlimdə olan dəlilləri sizin də nəzərinizə çatdırıram:

– Bütün sosial şəbəkələrdə paylaşılan məlumatların, loqotiplərin, menuların  master fayllarının yalnız məndə olması…

 – Aramızda olan telefon zəngləri və yazışmalar…

– Onlar tərəfindən şəxsi e-mail ünvanıma mütəmadi olaraq məlumatların göndərilməsi”.

Şikayətçi xanım bildirir ki, onun gördüyü işin müqabilindəki əmək haqqı ödənilməyəcəyi və onu təhqir edən restoran rəhbərliyi şəxsindən üzr istəməyəcəyi təqdirdə hüquq -mühafizə orqanları və digər əlaqədar qurumlara müraciət etməli olacaq.

Azinforum.az olaraq sözügedən restoranla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəf kimi onların da mövqeyinə yer verməyə hazırıq.

Çinarə SEYİDOVA

Azinforum.az




Ana səhifəyə qayıt        Baxış: 893          Tarix: 25-10-2017, 08:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma