Paytaxtda fəaliyyət göstərən pivə barlarından birinin loqosuna erməni cəlladı, vaxtilə türklərə qarşı qətliamlarda fəal iştirak etmiş Andranik Ozanyanın şəkli vurulub.
Azərbaycan 24 xəbər verir ki, Bakı şəhəri A.Heydərov 23 ünvanında, Nərimanov Rayon Məhkəməsinin yaxınlığında (Montin qəsəbəsində) fəaliyyət göstərən “Montinburg” adlı pub öz nişanına Andranikin şəklini vurub.
Pivə barının girişindəki nişandakı fotoya diqqət yetirin. Bu erməni cəlladı Andronikin fotosudur. Qəribədir, “Montinburg” adlı pivə barının rəhbərliyi bununla nə demək istəyir? Yeri gəlmişkən, həmin pivə barındakı qiymətlər də od tutub yanır. Maraqlıdır, görəsən pivə barının rəhbərliyini erməni cəlladını təbliğ etməyə nə vadar edir?