Bu gün Rusiyanın Soçi şəhərinə gedən Türkiyənin Baş qərargah rəisi Hulusi Akar öz rus və İran həmkarları - Valeri Gerasimov və Məhəmməd Bakiri ilə görüşüb.
Ovqat.com xəbər verir ki, generallar sabah Soçidə keçirilməsi gözlənilən Ərdoğan-Putin-Ruhani görüşündə müzakirə olunacaq məsələləri masaya yatırıblar.
Rus mətbuatının verdiyi məlumata görə, tərəflər görüşdə əsasən Suriyadakı mövcud vəziyyət, terrorçu qrupların yox edilməsi, gərginliyin azaldılması nəzərdə tutulan bölgələrində təhlükəsizlik tədbirlərinin artırılması və siyasi həll prosesini asanlaşdırmaq üçün atılacaq addımların ana xətlərini müzakirə ediblər.
Generallar həmçinin İdilibdə koordinasiyanı artırmaq, Suriyada hücrələr halında mövcudluğunu qorumağa çalışan İŞİD və əl-Nusra mənsublarını tamamilə sıradan çıxarmaqla bağlı ümumi razılığa gəliblər.
Paylaş: