Xəbər lenti

   

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Bakiri türkiyəli həmkarı Hülusi Akarla görüşmək üçün 15 avqustda Türkiyəyə səfər edəcək.

Axar.az xəbər verir ki, heyət üzvləri üç gün davam edəcək səfər çərçivəsində Türkiyədə hərbi və siyasi rəhbərlərlə görüşəcək.

Tərəflərin terrorla mübarizə, regional inkişaf, müdafiə sahəsindəki ikili münasibətlər və sərhəd əməkdaşlığı kimi məsələləri müzakirə etməsi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 1 003          Tarix: 13-08-2017, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma