Xəbər lenti

 

"Artıq “Zeytun budağı” əməliyyatının doqquzuncu günüdür. Neçə nəfər zərərsizləşdirilib?-  484 nəfər. Bir az əvvəl əməliyyata rəhbərlik edən komandan ilə görüşdüm. “Öldürülən terrorçuların sayı neçə oldu?” – deyə soruşdum. “484” – cavabını verdi. “İnşallah, bir az sonra Burseya təpəsini də alacağıq”- dedi. Bütün çətinliklərə baxmayaraq, Məhmətçiyimiz irəliləyir".

Ovqat.com xəbər verir ki, bu sözləri Çörum vilayətində sakinlərlə görüşən Türkiyə prezidenti R. T. Ərdoğan deyib.

Burseya təpəsi Türkiyə sərhədlərinə yaxın ərazidə yerləşir. Təpəylə Afrin mərkəzi arasında cəmi 13 km məsafə var və bu səbəbdən, təpənin alınması böyük əhəmiyyət kəsb edir. TSQ bu yüksəkliyi ələ keçirərsə, Afrin mərkəzinə irəliləyişi qarşısında ən böyük təbii əngəllərdən biri ortadan qalxacaq.

Əslində əməliyyat başlayandan bəri Burseyra təpəsi iki dəfə terrorçulardan alınıb. Lakin əlverişsiz hava şərtləri Azad Suriya Ordusunun yüksəkliyi tərk etməsinə səbəb olub. Son 8 gündə ilk dəfə bu gün hava açılıb və Türk ordusunun intensiv bombardıman dəstəyi ilə ASO yenidən əməliyyata başlayıb. Zirvə uğrunda hazırda burun-buruna ağır döyüşlər gedir.

Bölgədən verilən məlumata görə, Buseyra dağında alman hərbi mühəndislərinin layihəsi ilə sarsılmaz səngərlər, qalın divara malik istehkamlar qurulub. Bu da zirvənin alınmasını çətinləşdirir və PKK/PYD qüvvələri Türkiyəni yaxınməsafəli döyüşlərə cəlb etməyə çalışırlar. Çünki yaxınməsafəli döyüşlərdə Türkiyənin öz qüvvələrinin təhlükəsizliyi üçün texniki üstünlüklüyündən istifadə  edə bilməyəcəyi güman olunur.

Türkiyə təyyarələri isə aşağıdan uçuşlarıyla hədəflərinə bomba yağdırır, dəqiq top atışlarıyla qarşı tərəfi sarsıtmağa çalışır. Beləcə, Bordoberelilərin və ASO birliklərinin  PKK/PYD qüvvələriylə yaxın məsafəli döyüşlərdə də düşməni sıxışdırdıqları bildirilir. Son dəqiqə xəbərlərinə görə, ağır atışmalar artıq dayanıb. Bu isə Türk ordusunun böyük ölçüdə zirvəni terrorçulardan təmizlədiyini göstərir.

***

Buseyra təpəsinin terrorçulardan təmizləndiyi rəsmən elan olundu.




Ana səhifəyə qayıt        Baxış: 1 072          Tarix: 28-01-2018, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma