Xəbər lenti

  

Türkiyə Silahlı Qüvvələri və ASO Afrin vilayətində bu gün daha 2 kəndi və 5 yüksəkliyi kürd separatçılarından təmizləyib.

Ovqat.com xəbər verir ki, bu məlmat TSQ-ya yaxın qaynaqlardan Türk mətbuatına sızdırılıb.

Bu gün əldə edilən ən böyük uğur isə Burseya dağının terrorçulardan arındırılmasıdır. Olduqca strateji əhəmiyyətə malık olan bu dağdan Afrinə qədər düzənlik uzanır. Bu isə Türk ordusuna qısa müddət ərzində Afrinın astanasında dayanmaq imkanı verəcək.

Qeyd edək ki, bugünkü uğurlar Azez istiqamətində əldə edilib. Dünən “Zeytun budağı” əməliyyatında ikinci cəbhəni açan Türk ordusunun Burseya dağını xilas etdiyi xəbərləri gəlmiş, daha sonra PYD-nin ciddi müqavimətiylə qarşılaşan ASO qüvvələri yüksəklikdən çəkilmişdilər. Görünən budur ki, bu gün yenidən hücuma keçən əsgərlər sözügedən strateji məntəqəni separatçılardan geri ala biliblər.

Türkiyənin son şəhidi baş leytenant Oğuz Xaqan da Burseya dağı uğrunda çarpışmalarda həyatını itirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 1 456          Tarix: 23-01-2018, 20:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma