Xəbər lenti

 Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində fevralın 1-də  PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 14 obyekt dağıdılıb, 21 terrorçu məhv edilib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

 

Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə  811 terrorçu məhv edilib.

 

Məlumatda həmçinin bildirilir ki,  əməliyyata cəlb edilən təyyarələrin hamısı döyüş tapşırıqlarını uğurla yerinə yetirərək  təhkim olunduqları aviabazalara qayıdıb.

 

Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.

 

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb. 




Ana səhifəyə qayıt        Baxış: 952          Tarix: 2-02-2018, 03:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma