Xəbər lenti

 

Suriya ordusu ABŞ-ın müttəfiqi olan PYD/PKK hərbi birləşmələrinin dəvəti ilə Menbicə girəcək.

Ovqat.com xəbər verir ki, Suriya ordusuna mənsub adı açıqlanmayan bir hərbçi rus mediasına açıqlamasına belə deyib.

Qeyd edək ki, Menbiç Türkiyənin “Zeytun budağı” əməliyyatının davam etdiyi Afrinə, təxminən, 130 kilometr məsafədə yerləşir və Türkiyə prezidenti Afrindən sonra Menbic əməliyyatına başlayacaqlarını bildirmişdi.

Bu xəbərdarlıqdan qorxuya düşən PYD/PKK qüvvələri Dəməşqə müraciət edib Suriya sərhədlərini qorumağa çağırmışdı. Bu çağırışdan sonra orduya bağlı bəzi könüllülərin Menbicə getdiyi bildirilirdi.

Suriya ordusunun bir neçə gündən sonra rəsmən Menbicə girməsi Türkiyənin beynəlxalq birlik qarşısında qaldırdığı tələblərin qismən yerinə yetirilməsi deməkdir. Çünki qardaş ölkə Fərat çayının qərb sahillərində kürd separatçılarını görmək istəmir, bölgədə kürd zolağı yaradılmasına kəskin qarşı çıxır. Prinsip etibarilə, Ankaranın bu tələbi Suriyanın da torpaq bütünülüyünü zəmanət altına aldığından rəsmi Dəməşqin də mənafeyinə xidmət edir.

Maraqlıdır ki, Türkiyə ilə danışıqlarda kürd separatçılarının Fəratın qərbinə keçməsinə izn verməyəcəyinə boyun olan ABŞ öz sözünü tutmamış və separatçıların Menbicə yiyələnməsinə göz yummuşdu. Bu da azmış kimi Türkiyənin etirazlarına və hərbi  müdaxilə açıqlamalarına sərt cavab verən ABŞ yetkililəri Menbicə hərbi müdaxilə edəcək istənilən qüvvə ilə döyüşəcəklərini açıqlamışdılar.




Ana səhifəyə qayıt        Baxış: 650          Tarix: 25-02-2018, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma