Xəbər lenti

 

İspaniya – Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev Azərbaycan hökumətinə səfir Anar Məhərrəmovdan şikayətlənib

Xarici İşlər Nazirliyi Azərbaycanın İspaniyadakı səfirliyi ilə bağlı araşdırmalara başlayıb. Səbəb isə İspaniyadan nazirlik də daxil, Prezident Administrasiyası və parlament rəhbərliyinə göndərilmiş məktublardır. Məlumata görə, İspaniya–Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev Azərbaycan hökumətinə səfir Anar Məhərrəmovun Dağlıq Qarabağ məsələsində davranışları, bu mövzuda müzakirələri qadağan etməsindən şikayətlənib.

“Məktub parlament və Prezident Administrasiyasında müəyyən şəxslərə çatandan sonra Xarici İşlər Nazirliyinə araşdırma aparmaq tapşırılıb”, – mənbə bildirir.

XİN-ə göndərilmiş məktubun surəti də mətbuata təqdim olunub. F.Mustafayev yazıb ki, aprelin 27-də İspaniyanın San-Sebastyan şəhərinin yeni seçilmiş meri ilə görüşündə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin bu şəhərdə təşkili məsələsini müzakirə edib, Dağlıq Qarabağ problemindən danışıb: “Keçmiş merin qondarma Dağlıq Qarabağ Respublikasının prezidentini qəbul etdiyini nəzərə alıb, yeni seçilmiş merə bunun azərbaycanlılar üçün qəbuledilməz olduğunu xatırlatmışam. Bu görüşün Azərbaycan mətbuatında işıqlandırılması üçün press-reliz hazırlayıb, video-foto materiallarla bərabər ölkəmizin mətbuatına göndərdik. Bizi təəccübləndirən və məyus edən bütün məsələlər bundan sonra baş verdi. Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov bütün əlaqələrini işə salıb, həmin məlumatın saytlardan silinməsinə nail oldu. Səfirliyimizin əməkdaşları mənə telefon vasitəsilə bildirdilər ki, Dağlıq Qarabağ haqqında danışmağa ixtiyarım yoxdur! İmkan olan hər bir platformada Qarabağ həqiqətlərinin çatdırılması, Azərbaycanın haqq səsinin duyurulmasını qadağan etməyin nə qədər absurd olduğunu qeyd etməyimə heç ehtiyac da yoxdur”.

Səfir Qarabağla bağlı görüşdən imtina etdi

1473411748_8120b7d0-9c65-4d3c-b990-9354f3b7b2bc

İspaniyada Navarra vilayətinin parlamentində bir neçə il öncə qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyan akt qəbul edilmişdi. F.Mustafayev məktubunda yazıb ki, bu səhvi aradan qaldırmaq məqsədilə bütün lobbiçilik fəaliyyətini həyata keçirib, Azərbaycan səfirinin vilayətin prezidenti, xanım Uşue Barkosla görüşünü razılaşdırıb. Lakin səfir Anar Məhərrəmov bu görüşdən imtina edib.

F.Mustafayev Azərbaycan hökumətindən səfir A.Məhərrəmovun fəaliyyətinin araşdırılmasını xahiş edib və araşdırmalar başa çatana qədər diaspor fəaliyyətini dondurduğunu yazıb: “Son addımı rəhbərlik etdiyim təşkilata və şəxsən özümə qarşı təhqir hesab edirəm. Bu, haqsızlıqdır, vəzifədən sui-istifadədir, mətbuata təzyiqdir, diplomatik fəaliyyətlə bir araya sığa bilməz. Bu məsələyə aydınlıq gətiriləndək mən bütün diaspor fəaliyyətimi dondururmaq məcburiyyətindəyəm.

Mən bir azərbaycanlı kimi həmişə öz dövlətimin, prezidentimin yanındayam. İnanıram ki, bu məsələyə aydınlıq gətiriləcək və Azərbaycan naminə ümumi fəaliyyətimiz zamanı biri-birimizə mane olmaq əvəzinə, dəstək göstərməyin vacibliyi amili bütün digər merkantil maraqlar üzərində qələbə çalacaq”.

1449728586_0001

Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmovdur. 2016-cı ilin aprelindən bu vəzifəni tutan Anar Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğludur.

Azpolitika.info

скачанные файлы (2)




Ana səhifəyə qayıt        Baxış: 952          Tarix: 10-05-2018, 22:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma