“Paşinyan ilk mərhələdə istəyinə çataraq baş nazir kürsüsündə əyləşib. İndi hakimiyyətini gücləndirmək üçün belə bəyanatlar verir. Populist və aqressiv bəynatlarla rəqiblərinin mümkün tənqidlərini qabaqlamağa çalışır. Hamıya bəllidir ki, bu bəyanatlar gücün nümayişi yox, Azərbaycan tərəfini bu və ya digər şəkildə provokasiyaya çəkərək, hansısa məqsədlərə çatmaq niyyəti güdür. Belə bəyanatlara önəm vermək lazım deyil”.
T.Zülfüqarov hesab edir ki, Ermənistanın gələcəyi birbaşa Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: "Keçmiş prezident Serj Sarkisyan buna nail olmadı və ölkə böhran içərisindədir. Paşinyan onun yolu ilə getsə, böhran həll olunmayacaq. Çünki o, Sarkisyan kimi konstruktiv mövqe sərgiləmək niyyətində olmadığını nümayiş etdirir. Ona görə də Ermənistan məcbur olacaq ki, hansısa mərhələdə real mövqeyini nümayiş etdirsin”.
Qeyd edək ki, ötən gün Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanla görüşən Ermənistanın yeni baş naziri Nikol Paşinyan sələfi Serj Sarkisyanın yolu ilə gedəcəyinin anonsunu verib. O, Sarkisyanı geridə qoyan kəskin separatçı mövqe sərgiləyib:
“Dağlıq Qarabağ ayrıca tərəf kimi çıxış etməyənədək, Minsk qrupu çərçivəsindəki danışıqlar formatı bütöv sayıla bilməz. Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən müstəqil qurum kimi tanınması üçün erməni diasporası da cəlb olunmalıdır”, - deyə Paşinyan vurğulayıb.
Elvin Abdulqədirov
AzVision.az
Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinə dair separatçı bəyanatına münasibət bildirib.
Sabiq XİN rəhbəri AzVision.az-a açıqlamasında bildirib ki, Paşinyanın son bəyanatları daxili auditoriyaya hesablanıb və bu, onun zəifliyindən xəbər verir.
Sabiq XİN rəhbəri AzVision.az-a açıqlamasında bildirib ki, Paşinyanın son bəyanatları daxili auditoriyaya hesablanıb və bu, onun zəifliyindən xəbər verir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar