Xəbər lenti

 

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişikliklərlə bağlı Hüquq siyasəti dövlət siyasəti komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, komitə Ələt Azad İqtisadi Zonası haqqında dəyişiklik təklif edib. Ə.Hüseynli dedi ki, qanun vətəndaşların hüquqlarının müdafiəsinə xidmət edir.

Deputat Qüdrət Həsənquliyev belə bir azad iqtisadi zonanın yaradılmasını Azərbaycan üçün mühüm hadisə adlandırdı. Ancaq əlavə etdi ki, burada Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edən məsələlər var. “Biz Konstitusiya qanununa dəyişiklik etməklə səlahiyyət veririk ki, Azad İqtisadi Zonanın səlahiyyətli qurumu Milli Məclisin səlahiyyətini mənimsəsin”-deyə, Q.Həsənquliyev bildirdi. “Milli Məclisin həll etməli məsələləri ayrıca quruma həvalə etmək düzgün deyil”-deputat əlavə etdi.

Spiker Oqtay Əsədov dedi ki, artıq qanun qəbul olunub. Həmçinin qeyd etdi ki, bu dəyişikliklər Azad İqtisadi Zonanın yaxşı işləməsi üçün qəbul edilir.

Dəyişikliklər səsə qoyularaq qəbul edildi.

E.Paşasoy,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 844          Tarix: 31-05-2018, 12:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma