Xəbər lenti

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, komitə üzvləri və hüquqşünaslardan ibarət işçi qaydada baş tutan iclas mətbuata qapalı keçirilir. İclasda təklif edilib ki, dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasına tövsiyə olunsun.

Təklif qəbul olunarsa, qanun layihəsinin bu il dekabr 1-də qüvvəyə minəcəyi gözlənilir. Xatırladaq ki, dəyişiklik layihəsi parlamentin oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. MM sədri Oqtay Əsədov deyib ki, layihənin hazırlanması gecikib.

Qeyd edək ki, Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Bundan başqa, layihəyə əsasən, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilmir.




Ana səhifəyə qayıt        Baxış: 913          Tarix: 27-10-2017, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma