Xəbər lenti

 

Konqresdəki Demokrat Partiyasına məxsus millət vəkilləri hakimiyyətin miqrantlar siyasətini dəstəkləməsələr, hökumətin fəaliyyəti dayandırıla bilər.
Ovqat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Prezident özünün "Twitter" hesabında paylaşdığı bəyanatda miqrant məsələsinin şansa buraxılmamasının vacibliyini bildirərkən onu da qeyd edib ki, mükəmməl insanların ABŞ-a gəlməsinin önü açılmalıdır.
Xatırladaq ki, Tramp hökuməti Meksika sərhədində divar inşa edərək ölkəyə qeyri-qanuni yolla daxil olmaq istəyən miqrantların qarşısını almağa çalışır. Hökumətin bu siyasəti ABŞ vətəndaşları tərəfindən birmənalı qarşılanmır. Bir çox vətəndaşlar ABŞ-ın qurucularının da Avropadan gələn miqrantlar olduğunu irəli sürərək, hökumətin bu siyasətini ölkə ideallarıyla daban-dabana zidd hadisə kimi qiymətləndirirlər.




Ana səhifəyə qayıt        Baxış: 529          Tarix: 30-07-2018, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma