Xəbər lenti

 Bu gündən Türkiyədə hökumətin səlahiyyətləri prezidentə verilib

Türkiyədə parlamentar respublikadan prezident idarəetmə üsuluna keçilməsi çərçivəsində hökumət səlahiyyətlərini prezidentə təhvil verib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə iyulun 4-də “Resmi Gazete”də rəsmi məlumat dərc olunub.

Qeyd edək ki, Türkiyə 1924-cü ildən 2017-ci il də daxil olmlaqla, bir sıra qanunlarda və qanunvericilik aktlarına dəyişiklik və düzəlişlər edilib. Həmin qanunlara əsasən, baş nazirin və hökumətin icraedici səlahiyyətləri prezidentə verilir. Prezident and içəndən sonra qanun qüvvəyə minəcək.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərdə Rəcəb Tayyib Ərdoğan 52,59 faiz səs toplayaraq yenidən ölkə prezidenti seçilib. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) isə 41,56 faiz səs toplayıb.

İyulun 8-də Türkiyədə prezident və millət vəkilləri and içəcək. 




Ana səhifəyə qayıt        Baxış: 522          Tarix: 4-07-2018, 12:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma